Xaşdan daha güclü şorba -Sümükləri bərkidir
Qış mövsümünün əvəzolunmaz yeməklərindən sayılan yayla şorbası, təkcə dadı ilə deyil, həm də orqanizmə verdiyi faydalarla seçilir. Tərkibindəki qatıq, düyü, nanə və yumurta sayəsində bu şorba kalsium, fosfor və zülal baxımından olduqca zəngin qida qaynağıdır. Daimi şəkildə istifadə edildikdə sümüklərin sıxlığını artırır, oynaq və əzələ sağlamlığına dəstək verir.
Şorbanın əsas komponenti olan qatıq güclü kalsium və fosfor mənbəyi kimi tanınır. Bu minerallar sümüklərin möhkəmlənməsində və osteoporoz riskinin azaldılmasında mühüm rol oynayır. Həftədə bir neçə dəfə rasiona əlavə edilən yayla şorbası sümükləri bərkitməklə yanaşı, oynaq ağrılarının da qarşısını alır.
Zülal, B vitaminləri və müxtəlif amin turşuları ilə zəngin olan bu şorba, əzələ və bağ toxumalarının yenilənməsinə kömək edir. Xüsusilə uşaqların böyümə dövründə, idmanla məşğul olan şəxslərdə və sümük əriməsi təhlükəsi olanlarda təbii dəstək vasitəsi kimi özünü doğruldur. Qatıqdakı probiotik bakteriyalar isə bağırsaq florasını tarazlaşdıraraq immun sistemini möhkəmləndirir.
Xaşla müqayisədə daha yüngül və həzmə rahat olan yayla şorbası, yağ və xolesterin baxımından da daha təhlükəsiz alternativdir. Bir kasa şorbanın təxminən 100-120 kalori olması onu pəhriz saxlayanlar üçün də ideal bir seçimə çevirir. Tərkibindəki nanə və yumurta isə xüsusilə soyuq havalarda bədən müqavimətini artıraraq soyuqdəyməyə qarşı qoruyucu rol oynayır.//Demokrat.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5085 Tarix: 15 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı
Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər
30 avqustGəlindən qayınatasının ayağını öpməsini istədi - ŞOK GÖRÜNTÜLƏR
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub. xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışlar
30 avqustAlkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq
"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo
28 avqustSoyuducunu harada yerləşdirmək daha yaxşıdır?
Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. xəbər verir ki, mütəxəssislər soyuducu həddindən artıq dar yerd
28 avqustUçuş bələdçisi təyyarədəki ən rahat oturacaqları açıqladı
Təyyarə bileti alarkən təsadüfi edilən oturacaq seçimləri səyahət rahatlığına birbaşa təsir edir. Bir uçuş bələdçisinin verdiyi məlumata görə, təyyarənin müxtəlif bölgələrindəki oturacaqlar uçuş təcrübəsini, turbulens hissiyatını və təyyarədən çıxış müddətini birbaşa dəyişə bilər. xəbər verir ki, aviasiy
30 avqustDivandakı pis qoxu və ləkələri aparan vasitə
Mətbəxdə istifadə etdiyimiz qida sodası və qab yuyan vasitə divanın üzərindəki köhnə ləkələri təmizləməyə, xoşagəlməz qoxunu azaltmağa kömək edə bilər. xəbər verir ki, təmizliyə başlamazdan əvvəl seçilən vasitə divanın görünməyən kiçik hissəsində sınaqdan keçirilməlidir. Parçanın rəngi və quruluşu dəyişmirsə
27 avqustAlimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill
30 avqustİlk övladlarda bu xəstəliklərin riski daha yüksək ola bilər - ARAŞDIRMA
Ailədə uşağın doğulma sırasının xarakterə və davranışa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yeni araşdırma isə bunun bəzi xəstəliklərin yaranma ehtimalı ilə də əlaqəli ola biləcəyini göstərib. xəbər verir ki, Çikaqo və Kolumbiya universitetlərinin alimləri doğum sırası ilə sağlamlıq risklər
30 avqust