Əti yenidən dondurmaq olar?

Əti yenidən dondurmaq olar?Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər.

Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasını da pisləşdirə bilər.

Əti nə vaxt yenidən dondurmaq olar?

Ekspertlər bildirirlər ki, əgər ət soyuducuda əridilibsə, bütün müddət ərzində soyuq şəraitdə qalıbsa və xarab olma əlamətləri yoxdursa, onu adətən yenidən dondurmaq mümkündür. Burada ətin əridilmiş vəziyyətdə nə qədər qaldığını da nəzərə almaq vacibdir. Məsələn, təzə ət parçaları soyuducuda təxminən 3-5 gün saxlanıla bilər. Ət təkrar dondurulmazdan əvvəl soyuducuda bir gün qalıbsa, növbəti dəfə əridildikdən sonra həmin bir gün ümumi saxlanma müddətindən çıxılmalıdır.

Əgər ət mikrodalğalı sobada və ya soyuq suda əridilibsə, mütəxəssislər onu əvvəlcə bişirməyi, yalnız bundan sonra yenidən dondurmağı məsləhət görürlər. Çiy əti mətbəx masasının üzərində əriməyə qoymaq isə xüsusilə təhlükəlidir. Təxminən +4 ilə +60 dərəcə arasında bakteriyalar sürətlə çoxala bilər və məhsul sağlamlıq üçün riskli hala gələ bilər.

Ətin atılmalı olduğunu necə anlamaq olar?

Pis qoxu, qeyri-adi rəng və ya sürüşkən səth ətin istifadə üçün yararsız olduğuna işarədir. Bu əlamətlər varsa, məhsulun soyuducuda nə qədər qalmasından asılı olmayaraq onu atmaq daha təhlükəsizdir. Ekspertlər quş əti və qiymə ilə daha ehtiyatlı davranmağı tövsiyə edirlər. Çünki bu məhsullarda bakterial çirklənmə riski daha yüksəkdir. Tiltmanın sözlərinə görə, o, quş əti və qiyməni yalnız soyuducuda tam şəkildə əridildikdə və 24 saatdan çox gözləmədikdə yenidən dondurur.

Təkrar dondurulan ətə nə olur?

Təhlükəsizlik baxımından hər şey düzgün aparılsa belə, məhsulun keyfiyyəti aşağı düşə bilər. Dondurma zamanı ətin daxilindəki su buz kristallarına çevrilir və hüceyrə quruluşunu zədələyir. Əridildikdən sonra həmin hüceyrələrdən müəyyən miqdarda maye ayrılır. Bu proses nə qədər çox təkrarlanarsa, ət bir o qədər quru və sərt ola bilər. Buna görə mütəxəssislər əti dəfələrlə dondurub-əridilməsini məsləhət görmürlər.

Ətin keyfiyyətini daha yaxşı qorumaq üçün onu mümkün qədər havasız şəkildə kip qablaşdırmaq tövsiyə olunur. Ən yaxşı variantlardan biri vakuum qablaşdırmadır. Mütəxəssislər əvvəllər əridilmiş ətin qablaşdırılmasının üzərində qeyd aparmağı da məsləhət görürlər. Məsələn, ətin təkrar dondurulmazdan əvvəl soyuducuda neçə gün qaldığını yazmaq olar. Bu, növbəti əridilmədən sonra qalan təhlükəsiz saxlanma müddətini hesablamağa kömək edər. Təkrar dondurma ehtiyacını azaltmağın daha sadə yolu isə əti əvvəlcədən kiçik porsiyalara bölməkdir. Beləliklə, dondurucudan yalnız bişirmək üçün lazım olan miqdarı çıxarmaq mümkün olur. (lent.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 864   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Valideynlərin telefondan çox istifadəsi uşaqların nitq inkişafını ləngidə bilər

Valideynlərin işdənkənar vaxtlarda mobil telefondan istifadə etməsi məktəbəqədər yaşlı uşaqların nitq inkişafına mənfi təsir göstərə bilər. Araşdırmaçılar bildirirlər ki, rəqəmsal cihazlara həddindən artıq diqqət uşaqlarla canlı ünsiyyət imkanlarını azaldır. xəbər verir ki, bu nəticə Portuqaliyada RISE-Healt

24 noyabr
.

Bu spirtli içkilər böyrəklərə ciddi zərər vura bilər - ARAŞDIRMA

Pivə və yüksək dərəcəli spirtli içkilərin müntəzəm istifadəsi böyrəklərin kəskin zədələnməsi riskini artıra bilər. Alimlər qırmızı və ağ şərabın istifadəsi ilə bu risk arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə aşkar etməyiblər. xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalınd

19 noyabr
.

"Aralıqlı oruc" diabetli şəxslərdə qan şəkərinin tənzimlənməsinə kömək edə bilər

ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, fasiləli aclıq ikinci tip şəkərli diabetin gedişatına müsbət təsir göstərə bilər. Siçanlar üzərində aparılan təcrübədə qidalanma rejiminin dəyişdirilməsi bədən çəkisi azalmadan qan şəkərinin normallaşmasına kömək edib. xəbər verir ki, tədqiqatı

25 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı

19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. xəbər verir ki, Birinci Dünya müharibəsində

21 noyabr
.

Marsda sirli buzlaqlar kəşf edildi

Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədi

18 noyabr
.

Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?

Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni

22 noyabr
.

Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?

Həftəsonu istirahətindən sonra özünü daha yorğun hiss etməyin iki əsas səbəbi var. xəbər verir ki, rusiyalı nevroloq Olqa Butenko -ya açıqlamasında bu halın əsas səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, ilk səbəb həftəsonu yuxu rejiminin pozulmasıdır. Gec yatıb günortaya qədər yatmaq bioloji saatı

21 noyabr