Bakıdakı güclü yanğın söndürüldü - Video -Fotolar - Yenilənib
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu səhər Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində də güclü yanğın baş vermişdi.
*
DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
"Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir" , - qeyd edilir.
*
Mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.
Baş vermiş hadisə ilə əlaqədar Post-Patrul Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.
Görülən zəruri tədbirlər nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudlaşma yoxdur.
*
FHN yanğınla bağlı daha bir məlumat yayıb.
Bildirilir ki, məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
"Hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək" .
*
APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, mebel sexində yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.
Sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar.
*
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən yanğın baş verməsi səbəbilə məlumat daxil olub.
Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
İndiyədək müraciət qeydə alınmayıb.
*
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərlərinin qüvvələri ərazidə yanğınsöndürmə və müvafiq təhlükəsizlik tədbirlərini fasiləsiz davam etdirir.
Eyni zamanda, FHN-in əməkdaşları sahibkarlara mallarını yanğın baş verən ərazidən təhlükəsiz şəkildə çıxarmalarına lazımi köməklik göstərir.
Əlavə məlumat veriləcək.
*
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
*
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən tam söndürülüb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video