Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, N.Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən kimsəyə xəsarət yetirmək istəmədiyini vurğulayıb.
O bildirib ki, ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş edib, lakin qadın onun silahından yapışdığı üçün atəş açmağa məcbur qalıb. Bundan əlavə, Azərbaycan hərbçisi yazılı şəkildə qadın və onun ailə üzvlərinin hücumuna məruz qaldığını, bıçaqla zərbələr aldığını və döyüldüyünü bəyan edib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1000 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siyasi peşəkarlıq və milli maraqlar uğurlarımızın əsasında durur
Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik etmiş dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliye
12 oktyabrAzərbaycan və Kamboca arasında əməkdaşlıq memorandumu mübadilə edilib
Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə mübadil
12 oktyabrAzərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr
Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü
13 oktyabrYeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq
Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya
13 oktyabrKambocadan Azərbaycana səfirlik açmaq təklifi
Kamboca Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib. xəbər verir ki, bu fikirləri Kamboca Ticarət Palatasının prezidenti Neak Oknha Kith Azərbaycan-Kamboca biznes forumunda deyib. O bildirib ki, turizmə sərmayə və ticarəti sürətləndirmək üçün birbaşa uçuş da həyata keçirilməlidir:. "Azərbayca
12 oktyabr