FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırdı
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara çağırış edib.
Oxu.Az xəbər verir ki, müraciətdə bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alındığı bildirilib.
"Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alınmaqdadır. Tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması kimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat və sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran yanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır.
Bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlı mərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 465 Tarix: 22 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl
9 sentyabrSabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb
9 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabr"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?
Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə
9 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrİstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə
10 sentyabrLeyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind
9 sentyabr