"İslamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir!"

"İslamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir!""Niderlandın, bundan öncə isə Almaniyanın Türkiyəyə münasibətdə tutduğu yol qəbuledilməzdir".

Sonxeber.az bildirir ki, bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri nı Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov söyləyib.

Millət vəkili deyib ki, Türkiyə xarici işlər nazirinin Niderlanda təyyarəsinin enməsinə və türk icmasının Türkiyədə keçiriləcək referendumla bağlı mitinqlərinə icazə verilməməsi təsdiqləyir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var: "Mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Geert Vilders Niderlandda məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir, islamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir".

E. Nəsirov bu gün Azərbaycan prezidenti İlham Əliyevin həmişə səsləndirdiyi fikrin aktual olduğunu vurğulayıb: "Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Avropada çox qorxulu tendensiyalar baş verməkdədir, radikal sağ qüvvələr hakimiyyətə iddialıdır. Dövlət başçısı qeyd edib ki, bir gün onlar Avropada hakimiyyətə gələrsə, nə baş verər? Prezident İlham Əliyev "Rossiya-24" telekanalına son müsahibəsində də bunu söyləmişdi. Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiya və ksenofobiya dalğası başladığını göstərir. Bu, Türkiyəni güclənmək yolundan döndərməyəcək. Qarşıdakı referendumda hakim Ədalət və İnkişaf Partiyası qalib gələcək".

Millət vəkili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl Avropanın Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa çağırmasını xatırladıb: Türkiyə prezidenti demişdi ki, Fransa və digər ölkələrin də Avropa İttifaqından ayrılması prosesi baş verə bilər, Türkiyənin alternativləri var. Bu alternativlərdən biri kimi isə Şanxay Əməkdaşlıq Təşkilatını göstərmişdi. Mövlud Çavuşoğlu da bu gün bildirdi ki, əgər Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olması barədə vəd yerinə yetirilməzsə, Türkiyə Avropa İttifaqı ilə miqrasiya prosesinin tənzimlənməsinə dair keçən il imzalanan sazişdən imtina edəcək".

E. Nəsirov baş verən proseslərin Avropada radikal sağ, neofaşist qüvvələrin aktivləşdiyini göstərdiyini qeyd edib: "Bu gün Türkiyə hədəf seçilib, sabah başqa ölkə hədəf seçilə bilər. Bəşəriyyət faşizmin, İkinci Dünya Müharibəsinin nəticələrini unutmamalıdır".

Millət vəkili Hikmət Babaoğlu APA-ya açıqlamasında bu günlərdə Türkiyə ilə Hollandiya və Almaniya arasında baş verənlərin beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb: "Baş verənlər Avropanın təbliğ etdiyi dəyərlərin Avropa üçün keçərli olmamasının isbatıdır. Şər hansı bir ölkənin nazirinin başqa ölkədə vətəndaşları ilə görüşməsi beynəlxalq hüquq, insan haqları, azadlıqları və etika baxımından məqbuldur. Buna yol verilməməsi insan hüquqlarının pozulması, Avropa dəyərlərinin gözdən salınmasıdır. Bu hadisələr Avropa imperializminin arxasında gizləndiyi dəyərlərlə manipulyasiya imkanlarını azaldır. Bu, bir daha göstərir ki, insan hüquqları başqa dövlətlərə təzyiq üçün bir mexanizmdir. Belə olmasa idi, Almaniya və Hollandiyada yaşayan türklər öz nazirləri il görüşmək imanı əldə edər, Türkiyəyə qarşı təzyiq ənənə halına gəlməzdi".

H. Babaoğlu bu hadisələrin beynəlxalq münasibətlərdəki aktorlar üçün Avropada nəyin baş verdiyini dərk etmələri baxımından baxımdan bir nümunə olduğunu qeyd edib: "İnsan hüquqları, azadlıqlar kimi dəyərlər Avropa üçün başqa ölkələrə təzyiq etmək vasitəsidir. Hələ ötən əsrin 50-ci illərində Çörçil deyirdi ki, demokratiya Avropanın uzaqvuran silahıdır. Bu gün baş verənlər göstərdi k, demokratiya Avropa üçün həqiqətən bir silahdır. Biz gözləyirik ki, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar buna qarşı səsini qaldırsınlar. İnsan hüquqlarını, söz azadlığını müdafiə edən beynəlxalq hüquq təşkilatları niyə susurlar? İnsan hüquqları ilə bağlı ixtisaslaşmış qurum olan Avropa Şurası niyə öz səsini qaldırmır? Avropa bu dəyərlərə sadiqdirsə, Avropanın regional təşkilatları və beynəlxalq təşkilatlar bunu qınamalıdırlar. Əks halda bu göstərəcək ki, insan hüquqları onlar üçün bir istismar vasitəsidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1326   Tarix: 12 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanında daha bir ilk yaşandı

Səudiyyə Ərəbistanının ilk böyük operasının premyerası keçirilib. xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyadda Kral Fəhəd Mədəniyyət Mərkəzində nümayiş olunan "Zərqa Əl Yamama" operası İslamdan əvvəlki Ərəbistanda gələcəyi qabaqcadan görmək qabiliyyətinə malik bir qəbilə başçısının hekayəsində

29 aprel
.

Təcavüzə məruz qalan ofisiant qız danışdı: "Mənə verdiyi içkini içdikdən sonra..."

Türkiyədə Boğazda yerləşən məşhur iş yerinin meneceri tərəfindən cinsi istismara məruz qalan qız başına gələnlərdən danışıb. xarici mediayaa istinadən xəbər verir ki, hadisə noyabrın 24-də Beşiktaşda baş verib. Məşhur müəssisədə 33 yaşlı Selvihan adlı gənc qadın, müəssisənin müdiri 47 yaşlı Mecit adl

30 aprel
.

Gözəllik kraliçası silahlı hücumda öldürüldü - ANBAAN VİDEO

23 yaşlı gözəllik kraliçası Lendi Parraqa Ekvadroda silahlı hücuma məruz qalıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Los Rios əyalətini təmsil edən və 2022-ci ildə "Miss Ekvador" yarışmasına qatılan Lendi Parraqa aldığı güllə yaralarından yerindəcə keçinib. Qan donduran qətldən sonr

29 aprel
.

Sivilizasiyanı məhv etməyə qadir olan kosmik şüa barədə XƏBƏRDARLIQ EDİLDİ

Qamma şüalarının partlaması bütün yadplanetli sivilizasiyaların ölümünə səbəb ola bilər. Belə şüalar bütün qalaktikalarda ən azı yüz milyon ildə bir dəfə görünür. xarici mətbuata istinadən xəbər verir ki, bunu Stony Brook Universitetinin fizika və astronomiya professoru Frederik Valter deyib. "Təxmi

30 aprel
.

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi - VİDEO

Dubayda keçirilən müasir incəsənət sərgisi maraqlı məqamları ilə ziyarətçilərin diqqətini çəkib. Belə ki, Dubay Müasir İncəsənət Muzeyindəki sərgiyə gələn hər kəs müəyyən bir heyvan şəkli çəkə və skanerin köməyilə şəklin animasiya versiyasını ekranda yerləşdirmək imkanına malik olub

1 may
.

Kadırovun 16 yaşlı oğluna daha bir vəzifə verildi

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru olub. xəbər verir ki, bu barədə Tass məlumat yayıb. 2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətini

29 aprel
.

Həkimlər beş yaşlı qızın mədəsindən maqnit çıxartdılar

Beş yaşlı qızın mədəsindən maqnit çıxarılıb. xəbər verir ki, hadisə Rusiyanın Saratov vilayətində baş verib. Klinik Xəstəxanaya yerləşdirilən 5 yaşlı qızı həkimlər son anda xilas edilib. Onlar əvvəl halı pisləşən azyaşlının mədəsində yad cisim olduğunu aşkarlayıblar. Sonra isə əməliyyatla onu mədə boşluğunda

1 may
.

KXDR lideri barədə ŞOK İDDİA: Hər il 25 bakirə qız seçilir

Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçan Yeonmi Park adlı şəxs ölkəsinin lideri Kim Çen In barəsində şok iddialar səsləndirib. Onun iddiasına görə, KXDR lideri hər il 25 bakirə qız seçərək özünün "Zövq komandası"na daxil edir. 30 yaşlı Yeonmi Park bildirib ki, gənc qadınlar hə

1 may
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29 aprel