Əli Əsədovun biznes və tikinti imperiyası...

Əli Əsədovun biznes və tikinti imperiyası...Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək korrupsiyaya qurşanmamalıdır, insanları incitməməlidir, ona verilən səlahiyyətləri öz şəxsi maraqları üçün istifadə etməməli, sui-istifadəyə yol verməməlidir. Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır.

Yaxın keçmişimizdə dövlət idarəçiliyi sistemində özünü qabarıq şəkildə büruzə verən belə hallar çox ciddi ictimai qınağa səbəb olub. Bu gün onlarla məmur adı çəkmək olar ki, vəzifədə olduqları dövrdə özləri üçün əsl biznes imperiyası yaradıblar. Bir neçə il öncə həbs olunmuş icra hakimiyyəti başçıları da daxil olmaqla bəzi məmurların var-dövləti göz qamaşdırırdı: şirkətlər, daşınmaz əmlak, bank hesabları və s. 2019-2020-ci illərdən başlanan islahatlar, o cümlədən kadr islahatları problemin miqyasının əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxartsa da, təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxartmayan məmurlar hələ də qalmaqdadır. Söhbət "JEK müdiri", yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir, bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri - Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən "Manqal" restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.

Əli Əsədovun biznes və tikinti imperiyası...Elə "Manqal" restoranının yanındakı "Beer Hall" da "Manqal"dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.
Əli Əsədovun biznes və tikinti imperiyası...Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər "Manqal" restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir.

Əli Əsədovun biznes və tikinti imperiyası...Bibiheybətdə, məscidin arxasındakı küçədə yerləşən "Narşərab" restoranı çoxlarının sevimli məkanıdır. Ancaq çoxmərtəbəli restoran, otel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin Baş nazirə məxsus olduğunu bir o qədər də çox adam bilmir.

Əli Əsədovun biznes və tikinti imperiyası...Eyni zamanda, "Narşərab" restoranının yanında "Sapphire" otelinin, Bayılda, "Manqal" restoranı ilə bir sırada olan "Ocaqbaşı" restoranının da Baş nazirə məxsus olduğu deyilir.

Əli Əsədovun biznes və tikinti imperiyası...Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazirin əmək haqqı, təbii ki, yetməz.

Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:

1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası.

2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası.

3. Yasamal rayonunda sifarişçisi "Alyans Devolopment" MTK olan yaşayış binası.

4. Səbail rayonunda sifarişçisi "Rahat Həyat" MTK olan yaşayış binası.

5. Sabunçu rayonunda sifarişçisi "Çay Çəkici" ASC olan yaşayış kompleksi.

6. Qaradağ rayonunda Renta-servis.

7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.

Bəzi hallarda, belə tikintilər ən çox sadə vətəndaşlara ziyan vurur. Hansısa məmura məxsus tikinti həyata keçirtmək üçün insanların incidildiyi, evlərinin, obyektlərinin söküldüyü halları vardır. Belə faktlardan biri Nərimanov rayonunda Əli Əsədova məxsus obyektin tikintisi zamanı vətəndaşa göstərilən təzyiqi əks etdirir. Həmin videoda vətəndaş ölkə başçısına, Birinci vitse-prezidentə müdaxiləyə və haqsızlığa son qoyduqlarına görə öz təşəkkürünü bildirir.

İctimaiyyət belə siyahılara bir növ alışıqdır, bundan əvvəl də bir çox məmurların qeyri-qanuni yollarla topladığı sərvət barədə kifayət qədər məlumat verilib. Əsəsən bu xəbərlər həmin məmurlar vəzifələrindən kənarlaşdırıldıqdan sonra ictimailəşdirilib. Ancaq Baş nazir ölkədə ən önəmli postlardan biridir, ən azından bu vəzifənin ardınca heç bir pis iz buraxmayan Artur Rasizadə nümunəsi var. Hansı ki, 2025-ci il fevralın 26-da Prezident tərəfindən "İstiqlal" ordeni ilə təltif edildi. Bəli, sabiq baş nazirin ardınca onun da sərvətinin siyahısı dərc oluna bilərdi, amma olmadı. Yəqin ki, deyiləsi söz, göstəriləsi fakt yoxdur.

Təəssüf ki, bu fikri Əli Əsədov haqqında demək olmur. Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun "sadiq silahdaşı" Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi "sevimli" jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur.

Əli Əsədovun bir hissəsi Bayılda ayaq tutan biznes və tikinti imperiyası haqqında danışarkən, vaxtilə Bulvarla bağlı baş vermiş olayı da xatırlatmaq yerinə düşərdi. Təfərrüatlar bəlli olduğuna görə, məsələnin mahiyyətinə varmağa ehtiyac qalmır. Ancaq çox maraqlıdır ki, bu olaydan sonra Əli müəllimə yenidən etimad göstərilsə də, onun bundan tam nəticə çıxartdığını söyləmək çətindir.

Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərlənidilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz.
Bu yazı Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamı araşdırıldıqdan sonra daha geniş material veriləcək.

Ardı var...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 213   Tarix: 17 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hava DƏYİŞƏCƏK: Yağış, qar yağacaq və sel keçəcək

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensi

17 aprel
.

Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub. "Unikal"a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliye

16 aprel
.

Şəhid ailələri üçün tikilən bina təhlükədə (VİDEO)

Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir. Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmi

16 aprel
.

Bakıda ağacları kim kəsib? - Video-Fotolar-Yenilənib

Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib. "Qafqazinfo" AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşları

17 aprel
.

Bakıda bu şadlıq sarayı bağlandı (FOTO/VİDEO)

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirili

16 aprel
.

"Heç bir qadın həyatında həddindən artıq nazlı kişi obrazını ideal kimi görmür" - AÇIQLAMA

Son dövrlərdə sosial müzakirələrdə tez-tez səslənən mövzulardan biri də qadınların öz aralarında kişilər haqqında danışarkən bir-birinə psixoloji təsir göstərib-göstərməməsidir. Bəziləri hesab edir ki, bu cür söhbətlər qadınlar arasında mənfi düşüncələri artırır, digərləri isə bunun sadəcə müşahidələri

16 aprel
.

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlarla bağlı YENİ QƏRAR: "İki uşaq dövlət himayəsinə veriləcək"

"Sumqayıtda hamamda dəm qazından zəhərlənən uşaqlarından dördü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır. Bu barədə -ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, yerdə qalan iki uşağın da dövlət himayəsinə verilməsi nəzərdə tutulur. "Onla

15 aprel
.

Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto

Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən "Biz susuruq, qiymətlər danışacaq" kampaniyasına start verəcək. Kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düy

16 aprel
.

Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirili

16 aprel