Azərbaycan-Ukrayna Strateji Tərəfdaşlığı: yeni perspektivlər Bakıda müzakirə olundu

Azərbaycan-Ukrayna Strateji Tərəfdaşlığı: yeni perspektivlər Bakıda müzakirə olunduAzərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq üzərində qurulub və bu, əməkdaşlığın çoxşaxəli inkişafına ciddi təkan verir. Xüsusilə iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsi siyasi münasibətlərin möhkəmliyindən qaynaqlanır.

İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür: Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr, hökumətlərarası iqtisadi komissiya və parlamentlərarası dostluq qrupları əməkdaşlığın davamlılığını təmin edir. Parlament diplomatiyasının aktivliyi və 1995-dən fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı siyasi etimadın göstəricisidir.

Eyni zamanda tərəflər BMT, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini dəstəkləyir ki, bu da münasibətlərin yalnız ikitərəfli deyil, çoxtərəfli müstəvidə də strateji xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı liderlər mətbuata birgə bəyanat vermişdir. Dövlət başçımız bildirib ki, Volodimir Zelenski ilə görüşlər müntəzəmdir və son 4 ildə 7 dəfə keçirilərək əlaqələri gücləndirib.

Bəyanatda Prezident İlham Əliyev Azərbaycanla Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini bütün beynəlxalq platformalarda dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Ümumilikdə, Azərbaycan-Ukrayna münasibətləri siyasi yaxınlıq, institusional əməkdaşlıq və beynəlxalq dəstək üzərində qurulan, lakin iqtisadi sahədə daha sabit artım potensialı olan strateji tərəfdaşlıq kimi qiymətləndirilə bilər.

İqtisadi göstəricilərə əsasən, 2021-ci ildə ticarət dövriyyəsi pik həddə çatsa da, sonrakı illərdə azalma müşahidə olunur. Bununla belə, tərəflər bugünədək 162 hüquqi sənəd imzalayaraq əməkdaşlıq üçün geniş hüquqi baza yaradıblar.

Əməkdaşlıq xüsusilə energetika sahəsində, SOCAR-la əməkdaşlıq, ticarət və hərbi-texniki sahələrdə geniş perspektivlərə malikdir. Tərəflər birgə layihələr və investisiyaların artırılmasını müzakirə ediblər.
Ümumilikdə, səfər iki ölkə arasında dinamik inkişaf edən münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 496   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr