"Ermənistan konkret kilometr ölçüsü ilə irəliləyişi vurğulaması, prosesin simvolik mərhələdən praktik fazaya keçdiyini göstərir" - ŞƏRH

"Ermənistan konkret kilometr ölçüsü ilə irəliləyişi vurğulaması, prosesin simvolik mərhələdən praktik fazaya keçdiyini göstərir" - ŞƏRH"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər".

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Bakı və İrəvan indiyədək 12 kilometrlik ərazidə delimitasiya işlərini həyata keçirib və həmin zonada artıq erməni sərhədçiləri xidmət aparırlar.

"Biz qarşıdan gələn dövrdə, əlbəttə ki, bu prosesi davam etdirəcək və məntiqi çərçivədə başa çatdıracağıq", - deyə hökumət rəhbəri bildirib.

Baş nazirin sözlərinə görə, gündəlikdə, həmçinin Gürcüstanla da sərhədlərin delimitasiyası prosesinin yekunlaşdırılması dayanır və bu barədə gürcü tərəfi ilə razılaşma mövcuddur. Paşinyan əlavə edib ki, delimitasiya və demarkasiya nəticəsində hərbçilər döyüş mövqelərində deyil, daimi dislokasiya yerlərində xidmət edəcəklər.

"Onilliklər ərzində onlar səngərlərdə və mövqelərdə xidmət aparırlar ki, burada da bizə məlum səbəblərdən şərait heç də yaxşı deyil", - deyə o bildirib.

Paşinyan, həmçinin bildirib ki, sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları gələcəkdə sərhəd qoşunlarının nəzarətinə veriləcək. Lakin bu, yalnız Azərbaycanla tam sülh şəraitində baş tutacaq.

"Nikol Paşinyanın delimitasiya prosesinin davam etdirilməsi ilə bağlı açıqlaması, ilk baxışda texniki xarakterli bəyanat təsiri bağışlasa da, əslində regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının mühüm elementidir", - bunu Sonxeber.az -a danışan politoloq Tural İsmayılov deyib:

"Ermənistan tərəfinin artıq konkret kilometr ölçüsü ilə irəliləyişi vurğulaması, prosesin simvolik mərhələdən praktik fazaya keçdiyini göstərir. Bu, eyni zamanda, İrəvanın reallıqları qəbul etməyə məcbur qaldığının dolayı etirafıdır.

Paşinyanın "məntiqi çərçivədə başa çatdırmaq" ifadəsi isə diqqət çəkir. Çünki bu, delimitasiyanın siyasi emosiyalarla deyil, hüquqi və coğrafi əsaslarla aparılacağına işarə edir. Azərbaycanın mövqeyi də məhz bu xətt üzərində qurulub: sərhədlər sovet xəritələri və beynəlxalq hüquq prinsipləri əsasında müəyyənləşdirilməlidir. Bu kontekstdə prosesin uzadılması və ya siyasiləşdirilməsi Bakı üçün qəbuledilməzdir.

Erməni sərhədçilərinin artıq müəyyən hissədə yerləşdirilməsi, hərbçilərin ön xətdən geri çəkilməsi ilə bağlı mesajlar isə daha geniş strateji niyyətin tərkib hissəsidir. Bu, faktiki olaraq sərhəddə hərbiləşmənin mərhələli şəkildə azaldılması və məsuliyyətin institusional strukturlara ötürülməsi deməkdir. Lakin Paşinyanın bu prosesi "tam sülh" şərti ilə bağlaması göstərir ki, İrəvan hələ də yekun siyasi razılaşmanı təhlükəsizlik zəmanəti kimi görür.

Digər tərəfdən, Ermənistanın paralel olaraq Gürcüstanla delimitasiyanı yekunlaşdırmaq niyyəti regional kommunikasiya və sərhəd idarəçiliyi baxımından balanslı siyasət aparmaq cəhdidir. Bu, həm də İrəvanın təkcə Azərbaycan istiqamətində deyil, ümumilikdə sərhəd məsələlərini sistemli şəkildə həll etmək istədiyini göstərir.

Ümumilikdə, bu açıqlama onu deməyə əsas verir ki, delimitasiya artıq alternativsiz prosesə çevrilib. Amma əsas sual dəyişmir: İrəvan bu prosesi sona qədər ardıcıl və siyasi manipulyasiyalardan uzaq davam etdirə biləcəkmi. Regionda dayanıqlı sabitlik məhz bu sualın cavabından asılı olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2566   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr