Ailə daxilində tez-tez yaranan münaqişələr nədən qaynaqlanır? - AÇIQLAMA
Ailə daxilində tez-tez yaranan münaqişələr cəmiyyətin ən həssas və aktual problemlərindən biri hesab olunur.
İlk baxışda bu qarşıdurmalar məişət qayğıları, maddi sıxıntılar və ya gündəlik anlaşılmazlıqlar kimi görünsə də, mütəxəssislər bildirirlər ki, məsələnin kökündə daha dərin psixoloji səbəblər dayanır.
Bəs görəsən nədir o psixoloji səbəblər?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a danışıb:
"Ailə daxilində tez-tez yaranan münaqişələrin əsas səbəblərindən biri ünsiyyət çatışmazlığıdır. İnsanlar çox zaman hisslərini açıq şəkildə ifadə etmir, narazılıqlarını içində saxlayır və nəticədə kiçik problemlər zamanla böyüyərək ciddi qarşıdurmaya çevrilir. Dinlənilmədiyini düşünən tərəf aqressivləşə və ya özünə qapana bilər.
Digər mühüm səbəb gözləntilərin üst-üstə düşməməsidir. Həyat yoldaşları ailə, maddiyyat, övlad tərbiyəsi və münasibət modeli ilə bağlı fərqli düşüncələrə sahib olduqda, bu fərqlər konflikt yaradır. Xüsusilə əvvəlcədən müzakirə olunmayan mövzular sonradan problemə çevrilir.
Psixoloji yorğunluq və stress də ailə münasibətlərinə ciddi təsir göstərir. İş yükü, maddi çətinliklər, sosial təzyiqlər və şəxsi problemlər insanın səbir həddini azaldır. Nəticədə insan əsl problemini deyil, ən yaxınında olan ailə üzvünü hədəf seçə bilir.
Bəzi hallarda isə münaqişələrin kökündə uşaqlıq travmaları və əvvəlki ailə modeli dayanır. İnsan böyüdüyü ailədə dava, təhqir və sərt münasibət görübsa, bunu normal davranış kimi qəbul edib öz ailəsində də təkrarlaya bilər.
Belə halların qarşısını almaq üçün tərəflər bir-birini dinləməyi, ittiham yerinə dialoq qurmağı və problemləri vaxtında müzakirə etməyi öyrənməlidir. Əgər münaqişələr davamlı xarakter alırsa, ailə psixoloquna müraciət etmək ən doğru addımlardan biridir. Sağlam ailə münasibəti təsadüfən deyil, qarşılıqlı anlayış və emosional zəhmətlə qurulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1191 Tarix: 27 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabr