Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır? (MÖVQE)

Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır? (MÖVQE)Bugünlərdə ali təhsil sisteminə bakalavriat səviyyəsində "Daşınmaz əmlakın idarə olunması" (rieltorluq) adlı yeni ixtisasın əlavə olunması diqqət çəkir. Bu sahə ilk baxışdan praktik və bazara uyğun görünür, çünki tikinti sektoru genişlənir, kirayə bazarı aktivdir və insanlar daim əmlak alqı-satqısı ilə məşğuldur. Lakin məsələ ondadır ki, bu peşə artıq illərdir bazarda mövcuddur və əsasən təcrübə yolu ilə formalaşır. El arasında "makler" kimi adlandırdığımız sahədə uğur qazanmaq üçün əsas olan hüquqi biliklərdən çox ünsiyyət bacarığı, satış qabiliyyəti və bazarı tanımaqdır. Buna görə də mütəxəssislər bu ixtisasın mütləq 4 illik ali təhsil şəklində tədrisini birmənalı şəkildə zəruri hesab etmirlər. Daha qısa müddətli, praktik yönümlü təhsil - kollec və ya peşə kursları - bir çox hallarda daha effektiv nəticə verə bilər.

Bəs hazırda ölkəmizdə hansı ixtisaslara daha çox ehtiyac var? Təhsilimiz yeni və aktual ixtisaslarla nə dərəcədə davamlıdır?Yerli və dünya əmək bazarına hansı mütəxəssislərlə çıxmalıyıq? Övladlarımız hansı peşələri seçsələr, gələcəkdə nadir, "göydə axtarılan" mütəxəssis qismində olarlar?
Mövzu ilə bağlı qısa araşdırma apardıq. Aşağıda adları qeyd olunan peşələr hazırda hər yerdə "əl-əl axtarılır" desək, yanılmarıq.

1. Süni intellekt və məlumatların təhlili - gələcəyin əsas gücü

Bu gün dünya sürətlə rəqəmsallaşır və qərarlar artıq hisslərə yox, məlumatlara əsaslanır. Süni intellekt dedikdə kompüterlərin insan kimi düşünməsi və qərar verməsi nəzərdə tutulur, məlumatların təhlili isə bu qərarların düzgün olması üçün böyük həcmdə informasiyanın araşdırılması deməkdir. Bu sahə həm dünyada, həm də Azərbaycanda sürətlə inkişaf edir və gələcəyin ən vacib peşələrindən biri hesab olunur. Əbəs yerə deyil ki, ölkə başçısı İlham Əliyev süni intellekti Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərindən biri kimi qiymətləndirərək bu sahədə geri qalmamağın vacibliyini vurğulayıb.
O, 2025-2028-ci illər üzrə süni intellekt strategiyasını təsdiqləyib və dövlət qurumlarına texnologiyaların tətbiqi, infrastrukturun qurulması və kadr hazırlığının gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, süni intellekt sahəsində informasiya təhlükəsizliyinin təmin edilməsi və risklərin idarə olunması da əsas prioritetlərdən biri kimi müəyyən edilib.

2. Kiber təhlükəsizlik - görünməyən, amma həyati əhəmiyyətli sahə

İnternet həyatımızın ayrılmaz hissəsinə çevrildikcə təhlükələr də artır. Bank kartlarının qorunması, şəxsi məlumatların təhlükəsizliyi və dövlət sistemlərinin müdafiəsi kimi məsələlər bu sahənin əhəmiyyətini artırır. Bu istiqamətdə çalışan mütəxəssislərə ehtiyac hər keçən il daha da yüksəlir. Düzdür, Azərbaycanda "İnformasiya təhlükəsizliyi" kimi ixtisaslar mövcuddur, amma dərslər əsasən nəzəri şəkildə keçirilir. Yəni tələbələr kitab üzərindən öyrənir, lakin real sistemlər üzərində işləyib "sınaqdan keçirmə" imkanı az olur. Məsələn, normalda tələbə xüsusi təlim mühitində bir saytın və ya sistemin zəif yerlərini tapmağa çalışmalıdır, amma bu cür praktik məşqlər kifayət qədər təşkil olunmur. Buna görə də məzunlar əsas anlayışları bilsə də, real işdə problemləri həll etmək üçün əlavə təcrübə toplamağa ehtiyac duyurlar.

3. Proqramlaşdırma - rəqəmsal dünyanın dili

Mobil tətbiqlər, saytlar və müxtəlif proqramlar proqramlaşdırma vasitəsilə yaradılır. Bu sahəni bilən insanlar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rahatlıqla iş tapa bilir və bu peşə sabit gəlir imkanları ilə seçilir.

4. Yaşıl enerji, iqlim texnologiyaları - gələcəyin strateji istiqaməti

Dünya ölkələri alternativ enerji mənbələrinə keçidi sürətləndirir. Günəş və külək enerjisi kimi sahələr yaxın gələcəkdə əsas enerji mənbələrindən biri olacaq və bu sahədə mütəxəssislərə ehtiyac artacaq. Dövlətimiz tərəfindən də yaşıl enerji ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi elan edilib və bu sahəyə keçid milli prioritet sayılır. Dövlət yanaşmasına görə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri "yaşıl enerji zonası" kimi inkişaf etdirilir və günəş, külək enerjisi layihələri genişləndirilir. Bu siyasətin məqsədi həm enerji təhlükəsizliyini gücləndirmək, həm də Azərbaycanın ixrac potensialını artıraraq iqtisadiyyatın daha dayanıqlı modelə keçməsini təmin etməkdir.

5. Müasir şəhərsalma - rahat və ağıllı şəhərlərin qurulması

Şəhərlərin düzgün planlaşdırılması insanların həyat keyfiyyətinə birbaşa təsir edir. Tıxacların azaldılması, yaşıllıq sahələrinin artırılması və infrastrukturun düzgün qurulması bu sahənin əsas məqsədlərindəndir. Təsadüfi deyil ki, müasir şəhərsalma dövlət siyasətimizin əsas prioritetlərindən biri kimi qəbul edilir və xüsusilə işğaldan azad olunmuş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyası əsasında yenidənqurma işləri aparılır. Bu yanaşmada məqsəd yalnız binaların tikilməsi deyil, həm də nəqliyyatın, infrastrukturun, yaşıllıqların və ekoloji tarazlığın vahid plan üzrə idarə olunmasıdır. Eyni zamanda cari - "Şəhərsalma ili" çərçivəsində həyata keçirilən geniş bərpa-quruculuq layihələri bu sahənin ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm yer tutduğunu göstərir.

6. Biotexnologiya - elmin insan həyatına birbaşa təsiri

Biotexnologiya tibb və biologiyanın birləşdiyi sahədir və yeni dərmanların hazırlanması, xəstəliklərin diaqnostikası kimi mühüm istiqamətləri əhatə edir. Bu sahə gələcəkdə daha da böyük əhəmiyyət kəsb edəcək.

7. Gen mühəndisliyi - gələcəyin tibbi və elmi inqilabı

Gen mühəndisliyi canlıların genetik quruluşunun dəyişdirilməsi ilə məşğul olur. Bu sahə sayəsində xəstəliklərin müalicəsi, daha məhsuldar kənd təsərrüfatı və yeni bioloji həllər mümkün olur. Dünyada sürətlə inkişaf edən bu sahə gələcəyin ən perspektivli istiqamətlərindən biri hesab edilir.

8. Data Analitika (data elmi)

Bu sahə Azərbaycanda müəyyən kurslar və layihələr şəklində mövcuddur, lakin universitet tədrisində bu istiqamət hələ tam formalaşmayıb. Praktik dərslərdə real böyük məlumatlarla (datasetlərlə) işləmək və onları analiz etmək imkanları çox məhduddur. Eyni zamanda biznes analitikası və böyük həcmli məlumatların idarə olunması (big data) üzrə infrastruktur və dərin praktika kifayət qədər inkişaf etməyib. Buna görə də məzunlar əsasən nəzəri biliklərlə kifayətlənir və real iş mühitində əlavə təcrübə qazanmalı olurlar. Halbuki dünyada bu sahə artıq ən yüksək maaşlı və ən çox tələb olunan peşələrdən biri hesab olunur.

9. Oyun sənayesi - əyləncədən böyük iqtisadiyyata

Kompüter və mobil oyunlar artıq böyük bir iqtisadi sahəyə çevrilib. Bu sahə həm texniki, həm də yaradıcı bacarıqları birləşdirərək gənclər üçün yeni imkanlar yaradır.

10. İqlimşünaslıq - dəyişən dünyanın elmi

İqlim dəyişiklikləri artıq bütün dünyada ciddi problemə çevrilib. Quraqlıqlar, sel və digər təbii hadisələrin artması bu sahədə mütəxəssislərə ehtiyacı artırır. İqlimşünaslar bu dəyişiklikləri araşdırır və gələcək riskləri əvvəlcədən müəyyən etməyə çalışır.

Nəticə olaraq, yeni ixtisasların açılması müsbət addım olsa da, əsas məsələ onların real əmək bazarına uyğun olmasıdır. Bu gün texnologiya, elm və innovasiya əsaslı sahələr daha çox ön plana çıxır. Gənclər seçim edərkən yalnız diplomu deyil, gələcəkdə onlara real imkanlar yaradacaq bacarıqları da nəzərə almalıdır.

Elnur Ağayev


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 445   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 cərrah ixtisasına uyğun olmayan plastik əməliyyatlar aparıb

Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Müəyyən edilmi

8 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA

Kredit götürərkən banklar müştərinin kredit tarixçəsini və əvvəlki öhdəliklərini nəzərə alaraq onun borcu qaytarma qabiliyyətini qiymətləndirirlər. Gecikmiş ödənişlər və problemli kreditlər yeni kreditin təsdiqlənməsinə, məbləğinə, faizinə və digər şərtlərinə təsir göstərə bilər. Bəs, kredit tarixçəs

8 sentyabr
.

Yollar təmirə bağlanır, tıxac artır: Sürücülər nə etməlidir?

Yolların təmirə bağlanması nəqliyyat axınının alternativ küçələrə yönəlməsinə və həmin ərazilərdə sıxlığın artmasına səbəb ola bilər. Belə məhdudiyyətlər zamanı avtobus marşrutlarının da hərəkət sxemləri dəyişdirilir və bəzi istiqamətlərdə intervallar arta bilər. Bəs, təmir müddətində yaranan tıxacları

8 sentyabr
.

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağını

8 sentyabr
.

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr

8 sentyabr
.

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə

8 sentyabr
.

Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş

Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib. "Bakupost"a istinadla xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qey

9 sentyabr
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

8 sentyabr