Davinçi Estetik Klinikasında Afərim Süleymanova həkim olmadan çalışır-Rəsmi məlumat
Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunsuz estetik prosedurlar keçirildiyi iddia olunurdu.
Araşdırmamız nəticəsində məluma olmuşdur ki, Davinçi Estetik Klinikasında "Dr Afərim" Afərim Süleymanova adlı şəxsdə həkim sertifikatı olmadan tibbi prosedurlar (vaginaplastika,liposaksiya və s.) əməliyyatlar icra edir
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzini Davinçi Estetik Klinikasında "Dr Afərim" Afərim Süleymanova adlı şəxs barəsində rəsmi məlumatı təqdim edib:
Həmin açıqlamanı təqdim edirik:
Bildiririk ki, Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalar üzrə məlumat bazası əsasında aparılmış araşdırma nəticəsində Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar qismində özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib.
Eyni zamanda aparılmış yoxlama zamanı qeyd olunan şəxsin "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da təsdiqlənib.
Qeyd edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ixtisas təhsili, sertifikasiya və qüvvədə olan lisenziya əsasında həyata keçirilə bilər. Bu tələblərdən kənar istənilən tibbi praktika qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.
Əhalinin sağlamlığının qorunması məqsədilə qeyd olunan məlumatların araşdırılması üçün aidiyyəti tibb müəssisəsinə rəsmi müraciət olunması və həmin şəxsin tibbi fəaliyyətini təsdiq edən sənədlərin təqdim edilməsi məqsədəmüvafiq hesab edilir.
Bildiririk ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində mütəmadi planlı yoxlamalar aparır. Bununla yanaşı, vətəndaş müraciətləri, mediada yayımlanan və ya insanların həyat və sağlamlığı üçün risk yarada bilən faktlar əsasında qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar keçirilir. Aşkar edilən qanunsuz tibbi praktika halları barədə inzibati tədbirlər görülür.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələri və aptek təşkilatları ilə bağlı qarşılaşdıqları hər hansı hallarla bağlı Analitik Ekspertiza Mərkəzinin "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının "MÜRACİƏT" bölməsi vasitəsilə müraciət edə bilərlər. Müraciətlər əsasında araşdırma aparılır və zərurət yarandıqda plandankənar yoxlama barədə qərar qəbul edilir.
Qeyd edək ki, Davinçi Estetik Klinikasına Rafiq Əliyev adlı şəxs rəhbərlik edir.
Davinçi Estetik Klinikasında "Dr Afərim" Afərim Süleymanova adlı şəxsin həkim kimi çalışması görüntülərini təqdim edirik:
Qeyd edək ki, bu kimi hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaradır./Xalq.online
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 918 Tarix: 27 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabr