Şok statistika: Elektromobil bazarında geriləmə başladı - Ekspertlər səbəbləri açıqladılar

Şok statistika: Elektromobil bazarında geriləmə başladı - Ekspertlər səbəbləri açıqladılarBu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub. Ötən ilin, yəni 2025-ci ilin eyni dövrü ilə müqayisə etdikdə aydın olur ki, ölkəyə idxal olunan avtomobillərin sayında 33,1% və ya 7 585 ədəd azalma var. İndi ən çox diqqət çəkən məqam bir müddət əvvəl bazarda böyük ajiotaj yaradan elektrik mühərrikli avtomobillərin gələcək taleyidir. Hesabat dövründə ölkəyə dəyəri 7 milyon 898 min dollar olan elektromobil gətirilsə də, illik müqayisədə bu seqmentdə də say baxımından 30,1% (129 ədəd) azalma qeydə alınıb. Görünən odur ki, Azərbaycanda elektromobillərə olan kütləvi maraq sürətlə səngiyir. Bəs gördüyümüz bu mənzərə sadəcə müvəqqəti bir durğunluqdur, yoxsa uzunmüddətli və qalıcı bir trendin başlanğıcı?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ən həlledici amil infrastrukturla bağlıdır

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərovun sözlərinə görə, elektromobillərə olan marağın azalmasının arxasında dayanan ən başlıca və həlledici amil birmənalı olaraq infrastrukturla bağlıdır. Hazırda ölkəmizdə elektromobillər üçün həyati əhəmiyyət daşıyan enerji doldurma məntəqələrinin azlığı və sistemli şəkildə paylanmaması ən böyük problemdir: "Mövcud stansiyaların coğrafiyasına nəzər saldıqda aydın görünür ki, enerji doldurma məntəqələri əsasən Bakı şəhərində və Abşeron yarımadasında cəmləşib. Paytaxt daxilində gündəlik istifadə üçün bu infrastruktur qismən yetərli olsa da, məsələ digər şəhərlərə və bölgələrə səfər etməyə gəldikdə mənzərə dəyişir. Digər şəhərlərdə, ucqar bölgələrdə enerji doldurma stansiyalarının sayı barmaqla sayılacaq qədər azdır. Daha böyük problem isə ondan ibarətdir ki, hətta mövcud olan bəzi stansiyalarda belə zaman-zaman elektrik enerjisi ilə təminatda qırılmalar yaşanır, stansiyalar işlək vəziyyətdə olmur. Bütün bu amillər sürücülərdə psixoloji bir gərginlik - yolda qalmaq qorxusu yaradır".

E.Cəfərov bildirdi ki, bazardakı durğunluğa səbəb olan digər ən güclü amil birbaşa qiymət siyasəti və dövlətin tənzimləyici tədbirləridir: "Əvvəlki dövrlərdə xüsusi vergi və gömrük güzəştləri tətbiq olunmuşdu. Bu güzəştlər sayəsində elektromobillər bir çox rüsumlardan və ödənişlərdən azad edilmişdi ki, bu da onları alıcılar üçün maliyyə baxımından son dərəcə cəlbedici, rəqabətədavamlı və əlçatan edirdi. Lakin güzəştlərin müddəti başa çatıb. Bununla da avtomobillərin qiymətləri avtomatik olaraq əvvəlki səviyyələrinə qayıtdı. Qiymət üstünlüyünün aradan qalxması istehlakçıların qərarlarına anında təsir göstərdi. Bu da öz növbəsində həm idxal həcmində, həm də daxili satışlarda yavaşlama ilə nəticələndi".

"Bu trend uzunmüddətli və ya qalıcı deyil"

Mütəxəssisin fikrincə, ikinci əl avtomobil bazarında elektrik mühərrikli maşınlara tələb tam olaraq itməyib. Baxmayaraq ki, əvvəlki dövrlərə nisbətən bu tələb də azalıb, lakin ölkədə işlənmiş elektromobillərin alqı-satqısı hələ də davam edir: "Qiymət dinamikasında da hər hansı kəskin dəyişiklik müşahidə edilmir. Bunun əsas səbəbi daxili bazarda ikinci əl elektrik mühərrikli avtomobillərin ümumi sayının olduqca az olmasıdır. Təklifin məhdud olması səbəbindən, ümumi marağın azalmasının işlənmiş avtomobillərin qiymətinə təsiri də yalnız minimal səviyyədədir. Yəni, bazarda elektromobillərə marağın azalması o demək deyil ki, mövcud ikinci əl maşınların qiyməti kəskin şəkildə yüksələcək və ya panika nəticəsində kəskin şəkildə enəcək. Mövcud məhdud say və xüsusi alıcı kütləsi sayəsində bu seqmentdə qiymətlər əsasən sabit olaraq qalmağa davam edəcək".

E.Cəfərov qeyd etdi ki, yaranmış maneələrə və bazardakı mövcud passivliyə rəğmən, bu trend uzunmüddətli və ya qalıcı deyil. Əksinə, yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır: "Çünki problemin fundamental həlli yolları aydındır və zamanla həllini tapacaq. Gələcəkdə həm dövlət proqramları, həm də özəl sektorun investisiyaları hesabına enerji doldurma məntəqələrinin sayı artdıqca elektromobillərə olan yanaşma da dəyişəcək. Bugünkü durğunluq yalnız bazarın yeni mərhələyə və daha mükəmməl infrastruktura hazırlıq prosesidir".

"Artıq təklif" bazar tərəfindən tədricən həzm edilir

İqtisadçı Asif İbrahimli isə düşünür ki¸ hazırda bazardakı vəziyyətə təsir edən ən mühüm amil vergi və gömrük siyasətidir. Elektromobillərin idxalı və satışı üzrə mövcud güzəştlərin ləğvi ilə bağlı qərar qüvvəyə minməzdən əvvəl bazarda ciddi bir təşviş və hərəkətlilik yaşandı: "Gələcək qiymət artımından sığortalanmaq istəyən idxalçılar tərəfindən qısa müddət ərzində ölkəyə çox sayda avtomobil gətirildi. Bu kütləvi idxal dalğası bazarda təklifin süni şəkildə artmasına, dilerlərin anbarlarının və satış portfellərinin dolmasına səbəb oldu. Məhz bu səbəbdən, idxalın kəskin azalması əslində bazarın çökməsi və ya tələbatın tamamilə yoxa çıxması deyil. Bu, əvvəlki dövrdə formalaşmış nəhəng "artıq təklif"in bazar tərəfindən tədricən həzm edilməsi prosesidir".

"Elektrikli nəqliyyat vasitələrinə maraq yenidən artacaq"

A.İbrahimlinin sözlərinə görə, elektromobillərin istismarı ilə bağlı bəzi fundamental suallar da alıcı davranışında ehtiyatlılığı artırır: "Xüsusilə batareyanın istismar müddəti və deqradasiyası, ölkədə ixtisaslaşmış servis imkanlarının tam formalaşmaması və ikinci əl bazarda bu avtomobillərin likvidliyi (asanlıqla satıla bilməsi) ilə bağlı narahatlıqlar potensial alıcıları ənənəvi mühərrikli maşınlara doğru geri çəkir. İkinci əl avtomobil bazarına gəldikdə isə vəziyyət fərqli bir rəng alır. İkinci əl elektrikli avtomobillərə tələbat tam olaraq itməyib, lakin əvvəlki kütləvi xarakterini itirərək daha spesifik və seçici bir mahiyyət qazanıb. Düzdür, bazarda bəzi köhnə və ya resursu tükənmiş modellərdə qiymətlərin enməsi müşahidə olunur. Zənnimcə, bu, təbiidir. Lakin texniki göstəriciləri qənaətbəxş olan, xüsusən də batareya vəziyyəti (sağlamlığı) yaxşı səviyyədə qorunmuş avtomobillər bazarda aktiv şəkildə maraq doğurmaqda davam edir və öz dəyərini itirmir".

İqtisadçının fikrincə, mövcud azalma uzunmüddətli mənfi trend kimi qiymətləndirilməməlidir. Qlobal tendensiyalar, dünyanın hər yerində ekoloji tələblərin güclənməsi fonunda elektrikli nəqliyyat vasitələrinə maraq orta və uzun müddətdə mütləq şəkildə yenidən artacaq: "Azərbaycanda da bu müsbət dinamikanın bərpası qaçılmazdır, lakin bu proses birbaşa olaraq infrastrukturun respublika üzrə genişlənməsindən və dövlət tərəfindən həyata keçirilə biləcək mümkün yeni dəstək tədbirlərindən asılı olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 683   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr