Cənubi Koreyada 2027-ci ildən it ətindən istifadə tamamilə qadağan olunacaq
Cənubi Koreyada 2027-ci ildən etibarən qida məqsədilə itlərin yetişdirilməsi, kəsilməsi və satılmasına tam qadağa qüvvəyə minəcək.
"Report" ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müvafiq məlumat qurumun saytında dərc olunub.
Nazirliyin məlumatına görə, ət üçün it yetişdirən fermaların 82 %-i artıq fəaliyyətini dayandırıb: "2024-cü ildən bəri 1 535 təsərrüfatdan 1 265-i bağlanıb. Qalanları 2026-cı ilin sonunadək fəaliyyətini başa vurmalıdır".
Qurum qeyd edib ki, mümkün pozuntuların və qanunsuz yetişdirmənin aşkar edilməsi üçün həm qalan fermalarda, həm də artıq bağlanmış təsərrüfatlarda yoxlamalar aparılacaq.
Qadağa Prezident Yun Sok Yolun seçkiqabağı vədlərindən biri idi. Son illər ölkədə, xüsusən gənc nəsil arasında it ətinin istehlakı əhəmiyyətli dərəcədə azalıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 217 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı
Çox vaxt uşaqların qışqırması və göz yaşları valideynlərdə ciddi narahatlığa səbəb olur. Lakin mütəxəssislər bildirirlər ki, belə hallarda böyüklər özlərini təqsirkar hiss etməməli və baş verənləri azyaşlının hisslərinin normal ifadəsi kimi qiymətləndirməlidirlər. xəbər verir ki, bu barədə "Tibb"
17 mayHonkonqda nadir hepatit E virusuna yoluxma qeydə alındı
Honkonqda 2026-cı ildə ilk dəfə insanda siçovul hepatiti E virusu aşkarlanıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar. Məlumata görə, virus mayın 5-də xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən 42 yaşlı kişidə aşkarlanıb
17 mayLuvr muzeyinin talanması ilə bağlı yeni detallar açıqlanıb
Fransa Mədəniyyət Nazirliyinin təhlükəsizlik xidmətləri muzeyin zəif cəhətləri barədə məlumatlı olmalarına baxmayaraq, böyük oğurluq hadisəsinə qədər Luvr Muzeyində heç bir yoxlama həyata keçirməyib. xəbər verir ki, bu barədə Fransa parlament komissiyasının hesabatına istinadən "RİA Novosti"
17 mayNYT: ABŞ Raul Kastronun saxlanılması əməliyyatını istisna etmir
ABŞ Kuba İnqilabının liderlərindən olan Raul Kastronun saxlanılması əməliyyatını istisna etmir. Bu barədə "Report" "The New York Times" qəzetinə istinadən xəbər verir. Məlumata görə, ABŞ bu variantı nəzərdən keçirir. Daha əvvəl mətbuat ABŞ-nin 94 yaşlı Raul Kastroya qarşı 1996-c
17 mayQalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur. "Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb. "Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri - red.) dediyi kimi: "Yü
17 mayİsrail ordusunun zərbəsi nəticəsində Livanda üç tibb işçisi həlak olub
İsrail ordusunun Livanın cənubundakı Haruf yaşayış məntəqəsindəki tibb mərkəzinə endirdiyi aviazərbə nəticəsində üç tibb işçisi həlak olub, daha biri isə ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, İsrailin hərbi təyyarələri mayın 15-d
17 mayÇinli alimlər ev heyvanlarının kütləvi klonlaşdırılmasını həyata keçiriblər
Şimal-Qərb Kənd və Meşə Təsərrüfatı Universitetinin (Çinin Şensi əyaləti) alimləri ilk dəfə olaraq ev heyvanlarının kütləvi klonlaşdırılmasını müvəffəqiyyətlə həyata keçiriblər. "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Çin mütəxəssisləri yüksək məhsuldarlığa malik südlük keçilərin klonların
17 may