Ucuz qiymətə qızıl almaq istəyənlərə sevindirici xəbər (VİDEO)

Ucuz qiymətə qızıl almaq istəyənlərə sevindirici xəbər (VİDEO)Ötən aylarla müqayisədə qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qızılın bir qramı təxminən 60 manat ucuzlaşıb.

Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, qızıl satışı ilə məşğul olanlar deyirlər ki, hazırda ən çox tələbat Türkiyə istehsalı olan məhsullaradır. Sözgedən qızılların bir qramı 175 manata satılır.

Qızılın alış qiymətində də ucuzlaşma müşahidə olunur. Bir müddət əvvəl qramı 170 manata alınan qızıl hazırda 130 manata təklif edilir. Gümüşün qiymətində də enmə var.

Mütəxəssislərin sözlərinə görə, son günlər qiymətli metalların qiymətində müşahidə olunan azalmanın bir neçə səbəbi var. Bunlardan əsasları enerji qiymətlərinin artması, neftin bahalaşması, bu fonda inflyasiyanın davam etməsi, eləcə də dollara marağın yüksəlməsidir.

Ekspert Rəşad Həsənovun fikrincə, növbəti dövrlər üçün qiymətli metallar bazarında sabit qiymət proqnozu vermək doğru deyil. Bu istiqamətdə dəqiq çərçivənin olmaması gözləntilərin müəyyənləşdirilməsi və idarə olunması baxımından çətinlik yaradır. Bu isə hələlik qiymətli metallar, o cümlədən qızıl və gümüş bazarında qiymət dinamikasının dəyişəcəyi ilə bağlı gözləntiləri artırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1974   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 cərrah ixtisasına uyğun olmayan plastik əməliyyatlar aparıb

Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Müəyyən edilmi

8 sentyabr
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

8 sentyabr
.

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş - FOTO

Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan sürücünün müəllim işlədiyi üzə çıxıb. Bu barədə məlumat əldə edib. Məlumata görə, qəza zamanı KIA markalı minik avtomobilinin yanması nəticəsində həyatını itirən Elyar Qalib oğlu Məhəmmədov Zərdab rayonunun Məmmədqasıml

9 sentyabr
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

9 sentyabr
.

Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

9 sentyabr
.

Bakıda yağış, bölgələrdə leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

9 sentyabr
.

Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA

Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz

9 sentyabr
.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr