"Azərbaycanın WUF13 kimi mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir" - DEPUTAT

"Azərbaycanın WUF13 kimi mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir" - DEPUTAT"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın gücünü bütün dünyaya göstərən göstərən və beynəlxalq mövqeyini daha da gücləndirən mühüm qlobal tədbirlərdən biridir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bu forumun Bakıda keçirilməsi şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edildiyinin və diqqət mərkəzində olduğunu göstərdi:

"Tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu rəqəm Bakının artıq beynəlxalq forumlar və qlobal müzakirələr üçün mühüm platformaya çevrildiyini təsdiqləyir. Forumun WUF13 Sessiyası yalnız şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin nümayişidir. Cənab prezident İlham Əliyevin forumun açılış mərasimində etdiyi çıxış həm tarixi yaddaşa söykənən, həm də gələcəyə hesablanıb. Bu çıxış Azərbaycanın şəhərsalma siyasətinin ideoloji əsaslarını, strateji istiqamətlərini və qlobal baxışını ortaya qoydu.Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan xalqının tarixən şəhəryaradan sivilizasiyaya məxsus olmasıdır. Ölkə başçısının səsləndirdiyi bu fikir təsadüfi deyil. Çünki Azərbaycanın qədim şəhərləri - Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər yaşayış məskənləri əsrlər boyu Şərq şəhərsalma mədəniyyətinin mühüm tərkib hissəsi olub. Bu şəhərlər yalnız inzibati və iqtisadi məkan deyil, həm də elm, ticarət, mədəniyyət və memarlıq mərkəzləri kimi formalaşıb".

Deputat söyləyib ki, Prezident İlham Əliyev çıxışında XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələyə qədəm qoyduğunu xüsusi qeyd etdi.

"Bu dövr sənayeləşmə, xüsusilə neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Azərbaycanın, ilk növbədə isə Bakı şəhərinin yeni memarlıq və şəhərsalma siması qazanması ilə xarakterizə olunur.Məhz həmin mərhələdə Bakıda Şərq və Qərb memarlıq üslublarının sintezi yarandı. Tarixi binalar, bulvarlar, inzibati və yaşayış kompleksləri inşa edildi. Ən mühüm məqamlardan biri isə modernləşmənin tarixi irsin məhv edilməsi hesabına deyil, onun qorunması prinsipi üzərində qurulması idi.Bu siyasət müstəqillik dövründə daha sistemli və geniş miqyaslı xarakter aldı. Son illərdə Bakının və regionların simasının dəyişməsi, parkların, yeni yaşayış massivlərinin, yol-nəqliyyat infrastrukturunun, sosial obyektlərin yaradılması dövlətin uzunmüddətli urbanizasiya strategiyasının nəticəsidir. Azərbaycanın yeni inkişaf modeli göstərir ki, müasir şəhərsalma yalnız binaların tikilməsi deyil, əsas məqsəd insan üçün rahat, təhlükəsiz, ekoloji balansı qoruyan və milli kimliyi yaşadan mühit formalaşdırmaqdır".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin WUF13-də xüsusi vurğuladığı istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri oldu.

"Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən layihələr təkcə Azərbaycanın deyil, dünyanın diqqətlə izlədiyi ən böyük şəhərsalma proqramlarından biridir. Otuz il ərzində Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması prosesi indi "ağıllı şəhər", "ağıllı kənd", yaşıl enerji və müasir urbanizasiya prinsipləri əsasında həyata keçirilir.

Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər yaşayış məntəqələrində aparılan quruculuq işləri göstərir ki, Azərbaycan post-münaqişə dövründə şəhərsalmanın tamamilə yeni modelini yaradır. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada bərpa yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Məqsəd insanların doğma torpaqlarına təhlükəsiz, layiqli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir. Eyni zamanda, ekoloji balansın qorunması, rəqəmsal idarəetmə, yaşıl enerji və milli memarlıq ənənələrinin tətbiqi bu prosesi unikal edir.WUF13 forumunun Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş və təhlükəsiz beynəlxalq platforma statusu qazanıb. Dünyanın müxtəlif bölgələrində müharibələrin, geosiyasi qarşıdurmaların və təhlükəsizlik böhranlarının dərinləşdiyi bir zamanda Azərbaycanın COP29 və WUF13 kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 884   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr