Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - VACİB AÇIQLAMA
Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. Məsələn, bir vətəndaş bildirir ki, anası 40 il müəllim işləyib və hazırda 64 yaşı var. Onun pensiya hesabında kifayət qədər vəsait toplansa da, ailə həmin vəsaitdən istifadə edə bilmir. Vətəndaş qeyd edir ki, anası ağır xəstədir və müalicəsi üçün ciddi maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən o, pensiya fonduna yığılan məbləğin müalicə məqsədilə geri qaytarılmasını təklif edir. Bundan əlavə, insanlar hesab edir ki, şəxs vəfat etdikdən sonra həmin vəsaitin ailəsinə verilməməsi narazılıq yaradır.
Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş niyə öz pensiya kapitalından istifadə edə bilmir?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir:
"Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub".
Deputat qeyd edib ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və pensiya kapitalından istifadə mexanizminin hazırlanması məqsədəuyğun olardı:
"Nəticə etibarilə, belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək. Bu baxımdan, təbii ki, maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə addımların atılması məqsədəuyğundur".
Deputat sonda əlavə edib ki, ölkədə pensiya islahatlarının davam etdirildiyini nəzərə alsaq, dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə ilə bağlı yeni mexanizmlərin hazırlanması və tətbiqini müşahidə edə bilərik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 906 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30 oktyabrMəryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabrNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
31 oktyabr10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabr