Bu şəxslər metro və avtobuslarda pulsuz gedə bilər - GÖZLƏNİLƏN QƏRAR
Bir çox ölkələrdə sosial həssas qrupların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün müxtəlif güzəştlər tətbiq edilir. Tələbələr, əlilliyi olan şəxslər və yaşlılarla yanaşı, hamilə qadınlar üçün də xüsusi nəqliyyat imtiyazları mövcuddur. Son olaraq Rusiyada hamilə qadınların bütün ictimai nəqliyyat növlərindən pulsuz istifadə etməsi ilə bağlı təşəbbüs gündəmə gəlib.
Bəs Azərbaycanda da hamilə qadınlar, yaşlılar və tələbələr üçün gedişhaqqıda güzəştlərin tətbiqi mümkündürmü?
Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) hazırda ölkəmizdə həssas qruplar (tələbələr, pensiyaçılar, əlilliyi olan şəxslər və s.) üçün ictimai nəqliyyatda ümumi gedişhaqqı güzəşti nəzərdə tutulmadığını bildirib:
"Bəzi ölkələrdə tələbələr üçün endirimli aylıq və ya illik nəqliyyat kartları təqdim edilir, yaşlı şəxslər və pensiyaçılar üçün pulsuz və ya güzəştli gediş imkanları yaradılır, əlilliyi olan şəxslər üçün isə xüsusi imtiyazlar tətbiq olunur.
Hamilə qadınlar üçün bəzi ölkələrdə pulsuz gedişdən daha çox prioritet xidmətlər, xüsusi oturacaqlar və müəyyən güzəştlər nəzərdə tutulur".
Professor qeyd edib ki, Azərbaycanda da belə bir mexanizmin tətbiqi hüquqi baxımdan mümkündür:
"Lakin bunun üçün dövlət səviyyəsində müvafiq qərarlar qəbul edilməli, maliyyələşdirmə mexanizmi müəyyənləşdirilməli və nəqliyyat operatorlarının itkilərinin kompensasiya olunması təmin edilməlidir.
Ölkəmizdə belə güzəştlərin tətbiqi əsasən üç amildən asılıdır: Birincisi, sosial siyasət prioritetləridir. Yəni dövlət hansı qrupların əlavə dəstəyə ehtiyac duyduğunu müəyyən etməlidir. İkincisi, büdcə imkanlarıdır. Bu güzəştlərin dövlət büdcəsinə və nəqliyyat sektoruna maliyyə yükü əvvəlcədən hesablanmalıdır. Üçüncüsü isə nəqliyyat sisteminin hazırlığıdır. Güzəştli və ya pulsuz gediş hüququnun elektron kartlar və digər rəqəmsal alətlər vasitəsilə idarə olunması təmin edilməlidir".
R.Sabir vurğulayıb ki, mütəxəssislər arasında ictimai nəqliyyatda güzəştlərin tətbiqinə münasibət birmənalı deyil:
"Bir qrup ekspert hesab edir ki, tələbələr və digər həssas qruplar üçün nəzərdə tutulan güzəştlər sosial müdafiəni gücləndirir və onların rifahına müsbət təsir göstərir. Digər qrup isə belə güzəştlərin nəqliyyat sektorunda əlavə maliyyə yükü yaratdığını bildirir. Fikrimcə, düzgün maliyyələşdirmə mexanizmi qurulduğu təqdirdə, bu cür güzəştlər həssas qrupların sosial müdafiəsini gücləndirməklə yanaşı, cəmiyyətdə sosial sabitliyin möhkəmlənməsinə də töhfə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 13254 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabrMarketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabr