Uşaqlarda piylənmə halları artır: Səbəb və fəsadları nədir?

Uşaqlarda piylənmə halları artır: Səbəb və fəsadları nədir?"Son illərdə uşaqlar arasında artıq çəki və piylənmə hallarında ciddi artım müşahidə olunur. Vaxtilə əsasən böyüklərin problemi hesab edilən bu problem artıq azyaşlıların da sağlamlığını təhdid edən mühüm tibbi məsələyə çevrilib. Uşaqlarda piylənmə bədəndə piy toxumasının yaş və cins üçün müəyyən edilmiş normalardan artıq toplanması ilə xarakterizə olunur. Bu vəziyyət yalnız xarici görünüşlə bağlı deyil, həm də metabolik, fiziki və psixoloji sağlamlıq üçün ciddi risklər yaradır. Piylənmənin yaranmasında bir sıra amillər rol oynayır. Bunlara yüksək kalorili, şəkərli, yağlı və emal olunmuş qidaların həddindən artıq istehlakı, hərəkətsiz həyat tərzi, genetik meyillilik, psixoloji gərginlik və yuxu rejiminin pozulması daxildir. Telefon, planşet və televizor qarşısında uzun müddət vaxt keçirmək enerji sərfiyyatını azaltdığından çəki artımını sürətləndirir"

Bu sözləri Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb.

O, açıqlamasında qeyd edib ki, uşaqlarda artıq çəki, piylənmə yaş və cins göstəricilərinə uyğun bədən kütlə indeksi (BKİ) və xüsusi persentil cədvəlləri əsasında qiymətləndirilir:

"Piylənmə mədə-bağırsaq sistemi xəstəlikləri, arterial hipertenziya, ürək-damar problemləri, insulin müqaviməti, tip 2 şəkərli diabet, hormonal pozuntular, sümük-əzələ sistemi xəstəlikləri və tənəffüs problemləri kimi ciddi fəsadlara səbəb ola bilər. Tənəffüs yollarının ətrafında piy toplanması yuxu zamanı nəfəsin qısa müddət dayanması (apnoe), xoruldama və gündüz yorğunluğu ilə nəticələnə bilər.

Problemin psixoloji təsirləri də az deyil. Artıq çəkiyə görə həmyaşıdlarının təzyiqi ilə üzləşən uşaqlarda özünəinamın azalması, sosial təcrid, depressiya və təşviş halları yarana bilər. Bu isə təhsil göstəricilərinə və gündəlik fəaliyyətə mənfi təsir göstərir.

Piylənmənin müalicəsində əsas məqsəd yalnız çəkinin azaldılması deyil, sağlam həyat tərzinin formalaşdırılmasıdır. Bunun üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, ekran vaxtının məhdudlaşdırılması və düzgün yuxu rejimi vacib hesab olunur.

Ağırlaşmaların müşahidə edildiyi hallarda isə müalicə fərdi qaydada aparılır və yanaşı xəstəliklərin aradan qaldırılmasını da əhatə edir. Bu zaman pediatr, uşaq endokrinoloqu, həmçinin zərurət yarandıqda kardioloq, qastroenteroloq, ortoped və psixoloqun iştirakı tələb oluna bilər.

Uşaqlarda piylənmənin qarşısının alınmasında ailə, məktəb və səhiyyə qurumlarının birgə fəaliyyəti mühüm rol oynayır. Sağlam qidalanma və aktiv həyat tərzinin erkən yaşlardan təşviq edilməsi gələcəkdə bir çox sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 618   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr