"Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülhyaratma prosesinin yeni mərhələyə adlanması üçün yeni zəminlər yaradır" - DEPUTAT

"Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülhyaratma prosesinin yeni mərhələyə adlanması üçün yeni zəminlər yaradır" - DEPUTAT"Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərindəki qələbəsi,Ermənistanda daxili siyasi proseslərin sabitləşdirilməsi, Azərbaycan-Ermənistan sülhyaratma prosesinin yeni mərhələyə adlanması,Cənubi Qafqazda əmin-amanlığın təmin edilməsi və kommunikasiyaların açılması regional əməkdaşlığın inkişafı və sair bu kimi mühüm istiqamətlərdə yeni zəminlər yaradır".

Bunu Sonxeber.az-a danışan deputat Əli Məsimli bildirib.

Deputat qeyd edib ki, Nikol Paşinyanın qələbəsi geosiyasi qüvvələr nisbətininə,eləcə də Ermənistan cəmiyyətinin və ölkənin geosiyasi asılılığını daha da gücləndirə və iflasa apara bilən revanşizmə, yeni qarşıdurma və yeni müharibəyə, yoxsa sülh gündəliyinə üstünlük verməsi sualına aydınlıq gətirdi:

"Bu qələbə Ermənistanın Rusiyadan qopma və iki ölkə arasında münasibətlərin yeni əsaslarda qurulması prosesini sürətləndirəcək. Amma Ermənistan son illər Rusiyadan asılılığın azaldılması istiqamətində ciddi addımlar atsa da,bu ölkənin ticarət və iqtisadiyyat, enerji sektoru, miqrasiya,pul köçürmələri və sair bu kimi əsas strateji sahələr üzrə Rusiyadan asılılığı yüksək olaraq qalır.Rusiya yönümlü siyasi qüvvələr kontekstində siyasi təsir amilini də bura əlavə etdikdə,görünən budur ki, bu sadalanan amillərlə şərtlənən şəraitdə Ermənistanın Rusiyadan qopma proses mərhələli şəkildə gedəcək.

Nikol Paşinyanın qələbəsi onun Ermənistanın Qərbə inteqrasiyasının dərinləşdirilməsi səylərinin və bu prosesin nəticəliliyin daha da artırılması üçün əlverişli şərait yaradır. Bununla yanaşı Nikol Paşinyanın bu qələbəsi, ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmasında Azərbaycanla sülh və əməkdaşlıq üzrə nəzərdə tutulan tədbirlərin reallaşdırılması işini,o cümlədən Zəngəzur Dəhlizinin açılması istiqamətində əməli fəaliyyəti sürətləndirəcəyi qənaəti yaradır. ABŞ-ın dəstəklədiyi bu tranzit yolunun işə düşməsi Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı,son zamanlar Ermənistan-Türkiyə münasibətlərində pozitiv məcrada görülən işlərin və əldə edilən nəticələrin genişləndirilməsi işinə də müsbət təsir göstərəcək, həm də bütövlükdə region ölkələri üçün faydalı olacaq.

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi kimi məsələlərin həlli sürətlənəcək:

"Ermənistandakı seçkilərin nəticələri İkinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmlənməsi və postmüharibə dövründə Cənubi Qafqazda formalaşmış yeni geosiyasi düzenin, Azərbaycanın sülh strategiyasını yürütmək sahəsindəki konstruktiv və qətiyyətli mövqeyinin effektiv kombinasiyası növbəti siyasi təsdiqidir.Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə regionda yaratdığı yeni reallıqlar sərhədləri beynəlxalq səviyyədə təsdiqləyir.Paşinyanın qələbəsi ilə davam etdiriləcək siyasi kurs,bu reallıqların tanınması və ərazi bütövlüyü çərçivəsində regional inteqrasiyanın dərinləşməsi üçün imkanlar açır.

Ermənistandakı parlament seçkiləri Azərbaycan üçün bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir.Bu kontekstdə Paşinyanın qarşısında duran əsas məsələ Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklərə əməl etməklə Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır. Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir. Nikol Paşinyanın, bu yeni qələbə ilə hakimiyyətdə qalması nəticəsində yaranan yeni imkanları fonunda həm Ermənistan,həm Azərbaycan,həm də bütövlükdə regionumuz üçün perspektivli nətiələrə nail olmaqdan ötrü onun Azərbaycanın ərazi bütövlüyünün tanınması və sülh sazişinin bağlanması istiqamətində indiyədək səsləndirdiyi bəyanatların praktiki effekt verməklə gerçəkləşməsi istiqamətində fikirdə,sözdə və əməldə üst-üstə düşən real addımlar atmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1569   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr