Məktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMA

Məktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMASosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə məktəblilərin bu platformalardan istifadəsi ciddi müzakirə mövzusudur. Xüsusilə "TikTok" kimi qısa video platformaları uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb.

Bununla yanaşı, təhlükəli çağırışlar, zorakılıq məzmunu, kibertəzyiq və vaxtın səmərəsiz istifadəsi kimi risklər valideynləri və təhsil mütəxəssislərini narahat edir.

Bəs məktəblərdə "TikTok"un yaratdığı təhlükələr nələrdir və şagirdləri bu risklərdən qorumaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan təhsilinin və gənc nəslin mənəvi formalaşmasının qarşısında duran ən mühüm vəzifələrdən biri də məktəb mühitini yad, zərərli təsirlərdən qorumaqdır. Bu baxımdan, ayın 1-dən etibarən təhsil müəssisələrində ümumi internet şəbəkəsi üzərindən "TikTok" sosial platformasına girişin tamamilə məhdudlaşdırılması xüsusi rəğbətlə qarşılanan, prinsipial bir addımdır. Bu qərar təkcə daxili nizam-intizamın gücləndirilməsinə deyil, həm də dövlətimizin yürütdüyü sağlam gənclik və güclü vətənpərvərlik siyasətinə birbaşa xidmət edir.
Məktəb hər şeydən əvvəl elm, bilik və tərbiyə ocağıdır. Qısa, dinamik və çox vaxt heç bir intellektual yükü olmayan vizual effektli videolar yeniyetmələrin psixologiyasında sürətli asılılıq yaradaraq, onların diqqətini tamamilə parçalayır. Dərs zamanı və ya tənəffüsdə bu platformada vaxt keçirmək şagirdlərin müəllimə, dərsliyə və öyrənmə prosesinə olan marağını minimuma endirirdi. İnternet səviyyəsində qoyulan bu qadağa məktəbi öz fundamental funksiyasına - dərsin və elmin aurasına qaytarmaq məqsədi daşıyır.
Bu qərarın ən kəsərli və əhəmiyyətli tərəfi odur ki, artıq məktəbə gizlicə mobil telefon gətirən şagirdlər də bu platformadan istifadə edə bilməyəcəklər. Çünki təhsil müəssisəsinin daxili şəbəkəsində tətbiq olunan ümumi filtrasiya cihazın kimə məxsus olmasından asılı olmayaraq, həmin tətbiqin fəaliyyətini tamamilə dondurur. Bu isə o deməkdir ki, qaydaları pozub sinfə gizli telefon keçirən gənclər belə, dərsin ritmindən qaçıb virtual dünyanın aldadıcı mühitində gizlənə bilməyəcəklər; telefon məktəb divarları arasında onlar üçün sadəcə lazımsız bir əşyaya çevriləcək.
Biz hər zaman gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, vətənə layifli, ayıq-sayıq və yüksək intellektli əsgərlər kimi yetişməsini hədəfləyirik. Təəssüf ki, bu gün sözügedən şəbəkədə yayılan bir çox zərərli kontentlər yeniyetmələrin dünyagörüşünə və estetik zövqünə ciddi zərbə vurur, onları real həyatdan, mütaliədən və canlı ünsiyyətdən uzaqlaşdırırdı. Virtual aləmdə rəylər və "bəyənmələr" (like) arxasınca qaçan şagirdlər real dostluqdan məhrum olurdular. İndi isə virtual qapanma halları azalacaq, gənclər bir-biri ilə sağlam ünsiyyət qurmağa, idman sahələrinə yönəlməyə və real sosial fəaliyyətlərə daha çox vaxt ayırmağa başlayacaqlar.
Məktəblərdə bu növ profilaktik və qətiyyətli addımların atılması gənc nəslin psixoloji, mənəvi və fiziki sağlamlığına dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsidir. Elm ocağı yalnız bilik verməməli, həm də gəncliyi hər növ yad təsirlərdən mühafizə etməlidir. Atılan bu mühüm addım məktəblərimizdə nizam-intizamı bərpa etməklə yanaşı, gələcəyimiz olan gənclərin milli ruhda, sağlam və kamil şəxsiyyət kimi yetişməsinə güclü təkan verəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 691   Tarix: 12 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr