"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT
2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir.Bu Bəyannamə imzalanandan sonra baş verən hadisələr arasında xüsusi tarixi əhəmiyyət kəsb edən və Vətən müharibəsindəki möhtəşəm zəfərimizin davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatı nəticəsindəə suverenliyimizin təmin olunması, təkcə 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi və dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazın sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir. Bu kontekstdə ŞUŞA Bəyannaməsi Böyük Zəfərin təntənəsidir.Böyük sərvətimiz olan suverenliyimizin təmin olunması isə daha böyük hədəflərə nail olmağımıza geniş yol açdı.Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir.
Bu kontekstdə Şuşa Bəyannaməsinin ən mühüm özəlliyi onun təhlükəsizlik aspektidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir.Bu, bir daha göstərir ki,Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir.Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaratmağa başlayıb,regionumuzda dayanıqlı sülh,əminamanlıq, təhlükəsizlik və dayanıqlı inkişafı təmin edən güclü amilə, düşmənlərimizlə münasibətdə isə çəkindirir gücə çevrilib.
Şuşa Bəyannaməsi Azərbaycanın milli təhlükəsizlik,müstəqilliyimizə real məzmun verilməsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqaz bölgəsi daxil regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan Şuşa Bəyannaməsində öz əksini tapan məsələlərin reallaşdırılması təkcə Qarabağın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsini yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki,bu da yaşadığımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.
Şuşa Bəyannaməsinin çox taleyüklü, həm regional,həm də qlobal proseslərə təsir etmə gücündə olan hərbi əməkdaşlıq aspekti təbii olaraq daha çox şərh edilsə də, bu sənəd strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini-siyasi münasibətlər,ticari-iqtisadi əlaqələr, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, təhsil, mədəniyyət, idman, gənclər siyasəti və sair məqamları əhatə edir. Bununla yanaşı Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib.Zaman keçdikcə Azərbaycanın Qarabağ zəfərinin Azərbaycanla yanaşı,elə Ermənistanın özünə,Cənubi Qafqaza və dünyaya gətirdiyi faydalar daha yaxşı anlaşılaşılır. Bu baxımdan Şuşa Bəyannaməsi həm də üç Cənubi Qafqaz, eləcə də region ölkələrinin iqtisadi inkişafına da müsbət təsir edən tarixi bir sənəddir. Eyni zamanda xüsusi qeyd etmək yerinə düşər ki, gələcəklə bağlı addımlar atarkən, bu Bənannamədə təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin ifadə olunduğunu, illər keçdikcə,daha aydın şəkildə görürük.
İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq-ədaləti bərpa etməsi ilə həm də uzun zaman kəsiyindən sonra Türkiyə çox möhtəşəm bir şəkildə Cənubi Qafqazın siyasət və hərb səhnələrində öz layiqli yerini tutmağa başlayıb. Belə bir gerçəklik şəraitində Azərbaycan Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi, yeni həyat,yeni perspektivlər təqdim edib. Bu kontekstdə Şuşa Bəyannaməsinin əsas qayəsi də elə ondan ibarətdir ki,Azərbaycan və Türkiyə dostluq,qardaşlıq və işbirliyini daha yüksək zirvələrə daşımaqla həm özləri, həm də region ölkələri üçün yeni əməkdaşlıq modeli, yeni mühit yaradır və yaxşı gələcəyi olan perspektivlər təklif edirlər.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındaki strateji əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, həm də keyfiyyətcə daha yüksək işbirliyinin güclü təminatıdır.Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq getdikcə genişlənməkdədir.Belə bir genişmiqyaslı əməkdaşlıq,eləcə də dünyada gedən proseslər, yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi qlobal nəqliyyat şaxələndirilməsinin aktuallığını artdığı bir zamanda,Rusiya-Ukrayna,eləcə də İsrail,ABŞ-İran müharibəsi,loqistika sahəsində yaranan yeni problemlər Şuşa Bəyannaməsində xüsusi qeyd edilən və böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinin aktuallığını gündən günə daha da artırır.Zəngəzur dəhlizi,regionumuzda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və inkişafı,həm də Orta dəhlizin inkişafının təşviqi kimi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi,malların,insanların,sərmayələrin hərəkətində yeni bir ortaq iqtisadi dəhlizdən faydalanma işini də sürətləndirəcəkdir.Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticari-iqtisadi əlaqələrdən faydalanması üçün yeni imkanlar yaratmaq baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Zəngəzur Dəhlizi layihənin gerçəkləşməsi Orta dəhlizin sərfəliliyini, rəqabət qabiliyyətini və faydalı iş əmsalının xeyli artıracaq.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından keçən beş il ərzində iki qardaş ölkə arasındaki strateji əməkdaşlıq daha da dərinləşib və genişlənib.Bu özünü ticari-iqtisadi əlaqələrin müsbət dinamikasında, onun türk dünyasına təsirinin multiplikativ effektlərini daha əyani göstərir.Şuşa Bəyannaməsinin altında Azərbaycan və Türkiyə prezidentlərinin imzası olsa da,onun beynəlxalq konteksdə genişmiqyaslı xarakterə malik olması, həm də ona dəlalət edir ki, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvidə irəli aparılmasında səyləri birləşdirir.Bəyannamədə öz əksini tapan məqamların xeyli hissəsi iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə etməyə başlayıb. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə tərəfindən imzalanıb, iki qardaş ölkənin siyasi iradəsinin,strateji əlaqələrinin, məqsəd, mənafe,gələcəyə ortaq baxış və bu yöndə hərəkət birliyini ifadə edən yol xəritəsini müəyyənləşdirməklə yanaşı, həm də Türk dünyasında inteqrasiya proseslərini sürətləndirən, regional əməkdaşlığı dərinləşdirən və yeni iqtisadi platformaların formalaşmasına təkan verən bir strateji yol xəritəsidir. Beş il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası,eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də yeni dünya düzəninə mühüm töhfədir.
Əli Məsimli
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Bu ölkə adını dəyişir
Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var
Ağ krossovkalar artıq dəbdə deyil: Bu yay cinslərlə hansı ayaqqabı daha uyğundur?
Bu uşağı tanıdınız? İndi bütün dünya onun dalınca düşüb
Məşhur bloqer evində güllələndi
Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?
Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - FOTO
İxtisas seçərkən bu səhvləri etməyin - Təhsil ekspertindən mühüm tövsiyələr
Avtobus qəzasına səbəb olan sürücü: "Sevgilimlə problem yaşamışdım, yuxusuz idim"
Bu şəxslər 5000 manat cərimələnəcək
Bank işçisi 70 yaşlı kişini 960 minlik dələduzluqdan xilas edib
Suyun altında iki əsrlik bir sirr: Amerikanın "Nessi"si kameraya düşdü
Qurban Qurbanov onunla görüşdü - Fotolar