1-ci sinif rus bölməsi bağlanır? - Qurumdan açıqlama
Ağdaş rayonu Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbdə rus bölməsinin açılmaması məsələsi valideynlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, hazırda həmin bölmə üzrə qəbul olunan 21 şagirdin gələcəyi qeyri-müəyyən vəziyyətdə qalıb.
Valideynlərdən biri bildirib ki, onlara sinfin formalaşdırılmayacağı deyilib və uşaqların ya başqa məktəblərə yönləndirilməsi, ya da Azərbaycan bölməsinə keçirilməsi təklif olunub. Onun fikrincə, səbəb kimi göstərilən kadr çatışmazlığı real vəziyyəti əks etdirmir.
"Uşaqlar artıq bir ildir rus bölməsi üzrə hazırlıq kurslarına qatılır, imtahan verərək uğur qazanıblar, lakin indi sinfin açılmaması onların təhsil hüququna mənfi təsir edir".
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi açıqlama verib. Bildirilib ki, birinci siniflərə qəbul prosesi elektron sistem üzərindən həyata keçirilir və sinif komplektləri bütün mərhələlər yekunlaşdıqdan sonra formalaşdırılır.
Qurumun məlumatına görə, müsahibə mərhələsi müsabiqə xarakteri daşımır, əsas məqsəd şagirdlərin seçilmiş tədris dili üzrə bacarıqlarının qiymətləndirilməsidir. Uğur qazanan şagirdlərin valideynləri 17 iyundan etibarən məktəb və müəllim seçimi edə biləcəklər.
Həmçinin qeyd olunub ki, birinci sinfə qəbul prosesi sentyabr ayına qədər davam edəcək və digər tədris dilləri üzrə də seçim imkanı yaradılacaq. Valideynlərə prosesin rəsmi qaydada izlənilməsi və yalnız rəsmi məlumatlara istinad edilməsi tövsiyə olunub.(milli.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 461 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrKeyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabr"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabrKredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn
31 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabrMarketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabr