Saçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırma

Saçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırmaTokio Universitetinin tədqiqatçıları maraqlı bioloji proses müəyyən ediblər: saçların piqmentini itirməsi DNT zədələnməsinə qarşı qoruyucu mexanizmlərdən biri ola bilər.

Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, yapon alimlərindən ibarət qrup siçanların saç follikullarında yerləşən kök hüceyrələrin davranışını araşdırıb. Müşahidələr göstərib ki, DNT zədələndiyi zaman bu hüceyrələr regenerasiya prosesini dayandırır və diferensiasiya olunmuş hüceyrələrə çevrilirlər. Bu proses isə saçların ağarmasına gətirib çıxarır.

"Qocalma ilə əlaqəli diferensiasiya" adlandırılan bu reaksiya zədələnmiş hüceyrələrin bölünməsini dayandıraraq şişlərin yaranma riskini azaldır.

Tədqiqatın həmmüəllifi, professor Emi Nisimura bildirib:

"Eyni kök hüceyrə populyasiyası stressin növündən və mikromühitdən gələn siqnallardan asılı olaraq tamamilə fərqli talelərlə üzləşə bilər - ya tükənə, ya da çoxala bilər".

Tədqiqatçıların sözlərinə görə, ağ saçların yaranması və melanoma riskinin artması genetik zədələnməyə cavab olaraq aktivləşən eyni hüceyrə mexanizminin fərqli nəticələridir.

Ağ saçların yaranması müsbət əlamət ola bilər

Araşdırma həmçinin göstərib ki, müəyyən kanserogen maddələrin təsiri altında bəzi hüceyrələr bu prosesdən yayınmağı bacarır. Belə hallarda onlar regenerasiya qabiliyyətini qoruyub saxlasalar da, nəzarətsiz çoxalma riski artır. Bu isə saçların qocalması ilə onkoloji xəstəliklərin qarşısının alınması arasında çox incə bir tarazlığın mövcud olduğunu göstərir.

Beləliklə, saçların ağarması bəzən orqanizmin qoruyucu mexanizmlərinin düzgün işlədiyinin göstəricisi ola bilər.

Tədqiqat heyvanlar üzərində aparılsa da, əldə olunan nəticələr insan orqanizmində baş verən bioloji proseslərin daha yaxşı anlaşılmasına kömək edir.

Alimlər vurğulayırlar:

"Nəticələrimiz ağ saçların xərçəng xəstəliklərinin qarşısını aldığını göstərmir. Bu, sadəcə olaraq orqanizmin DNT zədələnməsinə verdiyi adaptiv reaksiyanı əks etdirir".

Mütəxəssislərin fikrincə, bu kəşf gələcəkdə regenerativ tibb və onkoloji profilaktika sahələrində yeni metodların hazırlanmasına töhfə verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 443   Tarix: 15 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr