Yekaterinburqda Azərbaycan diasporunun sabiq rəhbəri Vidadi Mustafayevin məhkəməsi başlayıb
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş sədri Vidadi Mustafayevə qarşı məhkəmə prosesinə start verilib. O, bir neçə dələduzluq halında təqsirləndirilir.
Bu barədə Oxu.Az e1.ru saytına istinadən xəbər verir.
Zərərçəkmiş şəxslərin sözlərinə görə, onlar öz çətinliklərinin həlli üçün sabiq sədrə külli miqdarda vəsait veriblər. Bildirilir ki, V.Mustafayev pulları alsa da, onlara heç bir köməklik göstərməyib. Özü isə irəli sürülən ittihamları qətiyyətlə rədd edir.
Qeyd edək ki, Vidadi Mustafayev 2025-ci ilin dekabr ayında "İset" qülləsinin birinci mərtəbəsində saxlanılıb. Buna səbəb Novruz Sadatovun ondan şikayət etməsi olub. Şikayətçi pulunun və "Porsche" markalı avtomobilinin mənimsənildiyini (ümumi ziyan - 16 milyon rubl) bildirib. Həmin vaxtdan bəri V.Mustafayev həbsdə saxlanılır.
Bazar ertəsi, iyunun 22-də keçirilən məhkəmə iclasında ittiham aktı oxunub və Novruz Sadatov dindirilib. Cinayət işi üzrə digər zərərçəkənlər kimi Boyliyev və Pankratovun adları keçir. İstintaqın məlumatına əsasən, sabiq sədr aldatma yolu ilə birincidən 700 000 rubl, ikincidən isə 5 milyon rubldan çox vəsait ələ keçirib.
"Bu vəsaitlər zərərçəkmişlərin qarşılaşdığı problemlərin həllinə yönəldilməli idi. Mustafayev onlara hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında əlaqələrinin olduğunu deyib. Amma reallıqda belə bir şey yox idi. O, pulları alaraq şəxsi məqsədləri üçün xərcləyib", - deyə hüquq-mühafizə orqanlarına yaxın mənbə bildirib.
Vidadi Mustafayevin özü isə ona qarşı böhtan atıldığını iddia edir:
"Hesab etmirəm ki, mən varlanmaq istəmişəm, insanlar özləri mənim yanıma gəlirdi. Mən bu cinayət işinin nə ilə bağlı olduğunu bilirəm. Aramızda bir adam var, Ural Azərbaycanlılarının İctimai Nəzarət Komitəsi, Mədəniyyət, Gənclər və İdman Mərkəzi ilə bağlı vəziyyət mövcuddur. Bu cinayət işindən istifadə edən insanların yaratdığı bir vəziyyət var. Bildirmək istəyirəm ki, Pankratovla üzləşmə zamanı mən müstəntiqə adı və atasının adı ilə müraciət edirdim, Pankratov isə deyirdi "Kolka, Kolka indi yazacaq". Mən o insanlardan heç bir maliyyə vəsaiti almamışam. Sadatov iddia edir ki, mən ondan 30 milyon rubl istəmişəm, lakin bu, Şartaşdakı meşə parkı ilə əlaqədar idi. Ona bildirdim ki, hazırda master-plan var və o artıq hazırlanıb. Biz birlikdə ora getmişdik, mən ona göstərdim. Hörmətli hakim, bildirmək istəyirəm ki, mən (Sadatovdan) heç bir pul tələb etməmişəm".
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbərinə qarşı daha bir neçə oxşar cinayət işini araşdırırlar. Belə ki, istintaqda Vidadi Mustafayevi dələduzluqda ittiham edən "Aqroprodukt" şirkəti nümayəndələrinin də şikayət ərizəsi var. Qeyri-rəsmi məlumatlara əsasən, işdə şahid ifadələri olsa da, proses irəliləmir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye