Həddindən artıq məsuliyyət hissi insanın psixi sağlamlığında hansı izlər buraxır? - AÇIQLAMA
Bəzən məsuliyyətli olmaq müsbət xüsusiyyət kimi qiymətləndirilsə də, bu hissin həddindən artıq olması insanın həm emosional, həm də fiziki sağlamlığına mənfi təsir göstərə bilər.
Belə insanlar ətrafdakıların problemlərini öz üzərlərinə götürür, hər şeyə nəzarət etməyə çalışır və ən kiçik uğursuzluqda belə özlərini günahlandırırlar.
Bəs həddindən artıq məsuliyyət hissi insanın psixi sağlamlığında hansı izlər buraxır?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Həddindən artıq məsuliyyət hissi insanın öz üzərinə real imkanlarından daha çox yük götürməsi ilə xarakterizə olunur. Bu insanlar adətən hər şeyin onların nəzarətində olmalı olduğunu düşünür, baş verən mənfi hadisələrə görə özlərini cavabdeh hesab edirlər. Nəticədə daimi gərginlik və narahatlıq vəziyyətində yaşayırlar.
Belə hallarda insanın stress səviyyəsi yüksəlir, beyin fasiləsiz şəkildə problemləri həll etməyə çalışdığı üçün emosional yorğunluq yaranır. Zaman keçdikcə bu vəziyyət təşviş pozuntularına, yuxu problemlərinə, diqqət dağınıqlığına və hətta depressiv əlamətlərə səbəb ola bilər.
Həddindən artıq məsuliyyət hissi olan insanlar çox vaxt "yox" deməkdə çətinlik çəkirlər. Onlar başqalarını məyus etməkdən qorxduqları üçün öz ehtiyaclarını arxa plana keçirirlər. Bu isə daxili narazılıq, tükənmişlik sindromu və emosional boşluq hissi yarada bilər.
Bəzi hallarda bu xüsusiyyət uşaqlıq dövründə formalaşır. Erkən yaşlardan ailədə və ya ətraf mühitdə həddindən artıq məsuliyyət daşımağa məcbur olan şəxslər böyüdükdə də hər kəsin yükünü çiyinlərində daşımalı olduqlarına inanırlar.
Sağlam psixoloji vəziyyət üçün insan məsuliyyət və şəxsi sərhədlər arasında balans yaratmağı öyrənməlidir. Hər problemin həlli üçün təkbaşına cavabdeh olmadığını qəbul etmək, lazım gəldikdə kömək istəmək və öz ehtiyaclarına da diqqət ayırmaq psixi sağlamlığın qorunmasında mühüm rol oynayır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 531 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrMəryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrNatiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabrMetro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabr