SSRİ-nin Suriyada məğlubiyyəti: Moskvanın dostu necə İFLİC EDİLİR?

SSRİ-nin Suriyada məğlubiyyəti: Moskvanın dostu necə İFLİC EDİLİR?Təl-Əviv Suriyada İsrail qırıcılarının vurulması haqqında informasiyanı təkzib edib.
İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, Suriya ərazisində "Hizbullah" qruplaşmasına zərbələr endirən qırıcılar sağ-salamat geri qayıdıblar.
Suriyanın SANA rəsmi dövlət agentliyi ölkə hərbçilərinə istinadən xəbər verib ki, bu gün ölkənin hava məkanını pozan 4 İsrail qırıcısından biri düşürülüb. Məlumata görə, İsrail qırıcıları ölkənin şərq hissəsində - Palmira yaxınlığında hərbi meydançanı nişan alıblar.
İsraildən verilən açıqlamaya görə, ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriya ərazisində hərbi əməliyyatın icrası zamanı zenit raketləri ilə atəşə tutulub. Lakin itkilərin olmadığı bildirilir. Rəsmi bəyanatda deyilir ki, İsrail qırıcıları Dəməşqin tərəfində vuruşan Livanın "Hizbullah" şiə qruplaşmasının mövqelərinə aviazərbələr endirib. Qeyd edilir ki, məqsəd İran tərəfindən dəstəklənən "Hizbullah" üçün silah qaçaqmalçılığına mane olmaq idi.
İsrailin "Haaretz" nəşri dəqiqləşdirib ki, Suriya ordusunun atdığı zenit raketlərindən heç biri hədəfə dəyməyib və hətta onlardan birini İsrailin "Arrow" hava hücumundan müdafiə sistemi zərərsizləşdirib. Nəşrin məlumatına görə, raketlər təyyarələrin artıq İsrailin hava məkanına daxil olduğu vaxt atılıb.
Qeyd edək ki, son 5 ildə İsrail qırıcılarının Suriya ərazisinə aviazərbələr endirdiyi barədə xəbərlər dəfələrlə çıxıb. Bütün hallarda İsraildən verilən rəsmi açıqlama belə olub ki, aviazərbələr Suriya vasitəsilə Livana "Hizbullah" üçün silahın nəqlinə mane olmaq üçün endirilib.
Münaqişənin başlanmasına kimi Suriya hava hücumundan müdafiə qoşunlarının tərkibində iki diviziyası var idi: təxminən 20 zenit-raket briqadası və alayı, orta məsafəli С-75, С-125M, 2K12 SSRİ istehsalı "Kvadrat" və "BUK-М2E" orta mənzilli zenit-raket kompleksləri, kiçik məsafəli 9K33M zenit-raket kompleksi və "Pansir-S" özüyeriyən zenit raket-top kompleksi. Bundan başqa, S-200VE zenit raket divizionlarının iki qrupu var.
Müasir zenit-raket kompleksləri ("BUK-М2E" və "Pansir-S1") Suriya hava hücumundan müdafiə qoşunlarının 10 faizindən çox deyil.
Hərbi əməliyyatların gedişatı ilə tanış şəxslər Qazeta.ru ilə söhbətində bildiriblər ki, Suriya hava hücumundan müdafiə güclərinin döyüş hazırlığının artırılması üçün Rusiya mütəxəssislərinin köməyi ilə tədbirlər görülüb. Xüsusi halda, S-200VE zenit-raket kompleksinin iki qrupunun döyüş hazırlığı bərpa edilib. "BUK-M2E" və "Pansir-S1" zenit raket divizionları daimi döyüş vəziyyətindədir.
Amma Bəşər Əsədin zenit raket qoşunlarının Suriyanın bütün ərazisini əhatə etdiyini iddia etmək olmaz. Lakin mənbələr qeyd edir ki, hava hücumundan müdafiə sistemi ən əhəmiyyətli və strateji obyektləri qorumağa qadirdir. Onların sözlərinə görə, Suriya hava hücumundan müdafiə gücləri israillilərə vaxtaşırı, həm də S-200VE və "BUK-M2E" zenit-raket komplekslərindən atəş açır. Hətta İsrailin pilotsuz təyyarələri dəfələrlə məhv edilib. Ancaq İsrailin Hərbi Hava Qüvvələrinin idarə edilən uçuş aparatlarının məhvi faktı hələ qeydə alınmayıb.
Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi İsrailinin silahlı qüvvələrində müasir kəşfiyyat vasitələrinin mövcudluğudur. İsrail Hərbi Hava Qüvvələrinin qərargahları Suriyanın hava hücumundan müdafiə sisteminin zenit-raket və radiotexnika bölmələrinin mövqeləri barədə kifayət qədər məlumatlıdır.
Bundan başqa, İsrail təyyarələri Suriya hava hücumundan müdafiə sisteminə qarşı mübarizə məqsədi ilə ən müxtəlif radioelektron vasitələrdən istifadə edirlər. Maneələr Suriya hava hücumundan müdafiə sisteminin bütün radiolokasiya vasitələrinə - kəşfiyyat stansiyaları S-125 və S-75 zenit-raket sistemləri, "Kvadrat" özüyeriyən kəşfiyyat qurğusu, S-200VE zenit-raket kompleksi, 3PS S-200BE hədəflərin aşkar edilməsi stansiyası və "BUK" özüyeriyən zenit-raket kompleksləri üçün yaradılır. Belə əks-təsir şəraitində radio əlaqənin bütün növləri qeyri-mümkün olur. Nəticədə, müvəffəqiyyətli döyüş atışını yerinə yetirmək praktik olaraq mümkün deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1206   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may