İsrail qüvvələri Livandan çıxır? - ABŞ Dövlət Departamenti sazişdə nəzərdə tutulan məqamları açıqladı
İsrail və Livan arasında nizamlanma üzrə çərçivə sazişi İsrail qüvvələrinin tədricən Livandan çıxarılmasını nəzərdə tutur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanan və ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən sənədin mətnində məlumat verilib.
Sazişdə qeyd olunur ki, İsrail hökuməti və Beyrut münaqişəyə son qoymaq və onun kökündə dayanan səbəbləri aradan qaldırmaq niyyətindədirlər.
Tərəflər Livan Silahlı Qüvvələrinin bütün Livan ərazisi üzərində effektiv suveren nəzarətini bərpa etməsini, eləcə də Livanda qeyri-hökumət qruplaşmalarının tərk-silah edilməsinə və respublikada onlarla əlaqəli infrastrukturun məhv edilməsinə səy göstərəcəklərini razılaşdırıblar. Sazişdə bildirilir ki, bu, İsrail qüvvələrini Livan ərazisindən tədricən çıxarmağa imkan verəcək.
Ehtimal edilir ki, bu mərhələli proseslə bağlı detallar ABŞ-nin tam dəstəyi ilə hazırlanmış əlavədə əksini tapacaq. Bu əlavədə, əsasən, təhlükəsizlik tədbirləri və yoxlama mexanizmləri razılaşdırılacaq.
Tərəflər Livan ərazisində iki zona müəyyən ediblər ki, bu zonalar üzərində nəzarəti İsrail qüvvələri tədricən Livan qüvvələrinə təhvil verəcəklər. Məhz hansı ərazilərdən söhbət getdiyi isə bildirilməyib. Sənəddə göstərildiyinə görə, Livan hökuməti bütün öz ərazisi üzərində suverenliyin tam bərpa edilməsi və qorunması üzrə öz güclü və sarsılmaz öhdəliyini təsdiqləyir. İsrail hökuməti bəyan edir ki, Livandakı silahlı qruplaşmaların, o cümlədən "Hizbullah" hərəkatının yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə hərbi əməliyyatların və ya respublika ərazisində İsrail Müdafiə Qüvvələrinin mövcudluğunun saxlanılmasına olan zərurəti ortadan götürəcək.
Xatırladaq ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Leyter və Nada Hammade-Muavvad ilə birlikdə beş raund danışıqlardan sonra tərəflər arasında əldə edilən çərçivə sazişini elan ediblər. Onlar qeyd ediblər ki, bu sənəd İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" təşkilatı arasındakı münaqişədən sonra sülhə yol açır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 405 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021