Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
"Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA-ya müsahibəsində deyib.
Xidmət rəisi bildirib ki, təhsil möhlətlərinin verilməsi qanunvericilikdə əks olunub:
"Akkreditasiyası olan, yəni həmin ölkədə təhsil fəaliyyəti ilə məşğul olan, lisenziyaya malik təhsil ocaqlarına qəbul olunmuş, orada əyani, yəni fiziki olaraq təhsil prosesində iştirak edən və müvafiq qaydada təhsil arayışına apostil verilmiş və Azərbaycan dilinə tərcümə olunan, həmçinin, notarial qaydada təsdiqlənmiş sənədləri qanunla nəzərdə tutulmuş vaxtda xidmətin yerli struktur bölmələrinə təqdim olunmuş şəxslərə təhsil möhlətləri verilir.
Təhsil möhlətlərinin verilməsində normalar mövcuddur, sadəcə, maariflənmək lazımdır. Bu mövzunu aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam. Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və ona təhsil möhləti verilir. Amma bəzi hallarda nə baş verir? Üç ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunurlarsa, bir gün, üç gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. Bir gündə, üç gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı? Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alırlar?
İnandırıram sizi, biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar. Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq".
Mürsəl İbrahimov xaricdə təhsil almaq arzusunda olan çağırışçılara və hərbi vəzifəlilərə çağırış edib:
"Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında ölkəmizdə tanınan təhsil ocaqlarının siyahısı dərc olunub. Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər.
Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Biz mütəmadi olaraq bu problemlə rastlaşırıq. Artıq xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır. Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də, oxuyan uşaqlar zərər görməsinlər.
Burada yeni normalar yaradılmalıdır. Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alırlar. Digəri isə arayış əsasında, sadəcə, vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox... Təkliflər artıq formalaşıb. Hazırda normayaratma prosesi həyata keçirilməkdədir. Biz aidiyyəti qurumlarla bu məsələləri razılaşdırırıq. Tez zamanda normalarla bu prosesi tənzimləyəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu