Son dəqiqə! Sarkisyan öldü, İrəvan qarışdı - Əhali ayağa qalxdı -VİDEO

Son dəqiqə! Sarkisyan öldü, İrəvan qarışdı - Əhali ayağa qalxdı -VİDEOİşğalçı Ermənistanda hakim qüvvəyə qarşı yeni və daha sərt etiraz dalğası başlayıb. Bu dəfə motiv siyasi məhbus sayılan 49 yaşlı Artur Sərkisyanın qəfildən həbsxana ölməsi olub. Baş vermiş olaydan dərhal sonra paytaxt İrəvanda sakinlər Azadlıq meydanına toplaşmağa başlayıb.

Daha sonra etirazçılar mərkəzi Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər. Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Hakimiyyət əleyhinə kəskin şüarlar səsləndiriblər.

Ermənistanda ötən ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini öz şəxsi avtomobili vasitəsi ilə qida məhsulları və dərmanla təmin edən və cinayətkarlarla əlaqədə ittiham olunan Artur Sərkisyan "Sasna Tsrer" hadisələrinə görə də təqsirli bilinirdi. Özünə qarşı ittihamları əsassız sayan müxalifətçi etiraz aksiyası kimi həbsxanada aclıq aksiyası keçirirdi. Məlumata görə, onun halı qəfildən pisləşib. Xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Artur Sərksiyanın məhz parlament seçkiləri ərəfəsi ölməsi isə ölkədə siyasi ehtirasları ikiqat kəskinləşdirib. İqtidara qarşı ictimai-siyasi narazılığı daha da gücləndirib. Hakim partiya əleyhinə rəqiblərin əlinə yaxşı kontur-arqument verib. Faktiki surətdə hakim rejimi seçkiöncəsi böhrana soxub, seçki saxtakarlığına hazırlaşan hakimiyyətin manevr imkanlarını bir az da daraldıb.

Bu arada hərbi müxalifət iqtidarı hədələyən bəyanatla çıxış edib. Bu barədə "Jamanak" qəzeti yazıb. "Əgər Ohanyan-Raffi-Oskanyan bloku parlamentə düşməsə, Samvel Babayan ("Sasna Tsrer"in fəalı, Qarabağdakı qondarma rejimin keçmiş "müdafiə naziri" - red.) seçkisonrası geniş miqyaslı etirazlara, hətta silahlı üsyan qaldıracaq. Mahiyyət etibarilə "Sasna Tsrer"2-yə cəhd ediləcək. Özü də təkcə İrəvanda yox, həm də Ermənistanın başqa bölgələrində. Dövlət müəssisələrinin zəbt edilməsi bu inamla həyata keçiriləcək ki, polis və digər güc strukturlarının dəstələri eyni vaxtda bir neçə etiraz ocağına nəzarəti təmin edə bilməyəcək", - nəşr vurğulayıb.

Qeyd edək ki, həbsxanada dünyasını dəyişən Artur Sərkisyan da daxildəki Rusiya əleyhinə hərbi-siyasi düşərgənin təmsilçisi idi. Onları bəzən qərbyönlü qüvvələr də adlandırırlar. Bu qüvvələr Ermənistanın Rusiya vassallığından çıxmasının tərəfdarıdır. Lakin yekcins də deyillər, aralarında silahlı terrorla mübarizə tərəfdarları, Qarabağ məsələsində ən radikal mövqe tutanlar da var, sabiq prezident Levon Ter-Petrosyan kimi mötədillər də.

Yeri gəlmişkən, keçən ilin yayındakı hadisələr vaxtı silahlı qiyamçıları bir çox yerli siyasi partiyalar, media qurumları və ekspert dairələri ilə yanaşı, Rusiyanın Ermənistandakı səfirliyi də müdafiə eləmiş, hakimiyyəti onlara qarşı sərt tədbirlər görməkdən çəkinməyə çağırmışdı. Belə qənaət hasil olur ki, Sərkisyan rejiminə qarşı müqavimətdə, hətta silahlı çevrilişə əslində ABŞ (Qərb) də maraqlı ola bilər. Bu xüsusda seçkisonrası Ermənistanda bu ölkəyə təsir uğrunda Rusiya-ABŞ gizli rəqabətin ən pik həddə çatacağı gözlənləndir.

Bir sıra siyasi analitiklər də 2 aprel parlament seçkisində Ermənistanda aranın qarışacağını real sayırlar. O sırada politoloq Elxan Şahinoğluna görə, Serj Sərkisyana qarşı bəzi qrupların hətta silahlı müqavimət göstərməsi də mümkündür. "Ona görə ki, Ermənistanda seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür. Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdü, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Misal üçün, seçkiqabağı mitinqlərin birində keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açdılarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir", - deyə ekspert qeyd edib.

Bəs, Kremlin dəstəyi Moskvadan təzəcə qayıdan və məmnun kimi görünən Sərkisyanı xilas edə biləcəkmi? Əsas sual da budur. Məsələnin başqa bir önəmli tərəfi isə əlbəttə ki, Qarabağla bağlı Azərbaycan üçün açıla biləcək şans pəncərəsı ilə bağlıdır. Çünki Ermənistanda daxili qarışıqlıq, hətta silahlı qarşıdurma işğal altındakı torpaqların daha böyük qisminin azad edilməsi üçün unikal fürsət yaradır.

Təsadüfi deyil ki, Sərksiyanın aprel ərəfəsi Moskvaya səfər etməsinin bir hədəfinin də Rusiyanın əli ilə Azərbaycanı "sakit oturmağa" vadar etmək olduğu deyilir. Yəni atəşkəsin pozulmayacağına zəmanət məsələsi. Belə bir zəmanət də Moskva səfəri zamanı Ermənistan prezidentinə verilibmi?

Cavabı bilmək üçün çox gözləmək lazım gəlməyəcək.

Mənbə:Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5163   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik". xəbər verir ki

30 aprel
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel