"Bu gün Bakı 100 ildən sonra yenidən türkologiyanın gələcəyini müəyyənləşdirir" - DEPUTAT

"Bu gün Bakı 100 ildən sonra yenidən türkologiyanın gələcəyini müəyyənləşdirir" - DEPUTATBirinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Bakıda bu çərçivədə "Türk Dünyası Həftəsi" keçirilir. 20 ölkədən 215-dən artıq qonaq elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdə iştirak edir və dünyaya önəmli mesajlar ünvanlayırlar. Ona görə də Birinci Türkoloji Qurultayını sadəcə elmi toplantı deyil, həm də türk dünyasının intellektual birliyinin təməlini qoyan tarixi dönüş nöqtəsi kimi də qiymətləndirmək olar.

Tədbir Prezident İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşdı. Sənəddə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir.Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə verdiyi töhfə və ortaq mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələr bunu bir daha təsdiq edir.

Birinci Türkoloji Qurultayın əhəmiyyəti olduqca böyükdür. Çünki Qurultay ilk dəfə olaraq müxtəlif türk xalqlarını vahid elmi platformada birləşdirir. Keçirilən tədbirlərdə Türkologiyanın əsas problemləri sistemli şəkildə müzakirə edildi. Bu baxımdan qurultay elmi istiqamətləri müəyyənləşdirdi və gələcək tədqiqatlar üçün baza yaratdı.

Hər zaman olduğu kimi bu prosesdə də Azərbaycan fəal rol oynayır. Qurultayın Bakıda keçirilməsi və əlifba islahatının burada başlaması Azərbaycanın regional lider və intellektual mərkəz rolunu gücləndirir. Bu gün qurultayın ideyaları yenidən həyata keçirilir, türk dövlətləri arasında əməkdaşlıq güclənir, ortaq mədəni və dil siyasəti aktuallaşır. Bir sözlə bu gün Bakı 100 ildən sonra yenidən türkologiyanın gələcəyini müəyyənləşdirir.

Türk xalqlarının təkamülü və bu günümüzədək, birləşmək uğrunda keçdiyi məşəqqətli yolu əks etdirən tarixi və elmi faktların yer aldığı vahid ensiklopediyanın yaradılması da qiymətli bir əsər olar. Həmçinin, TDT üzv ölkələrinin alimlərinin birgə işi kimi ərsəyə gələ bilər.

TDT artıq geosiyasi, geoiqtisadi vahid platforma rolunu təsdiqləyib. Bu çərçivədə yumşaq güc diplomatiyasının da gücləndirilməsi, müxtəlif elmi platformaların yaradılması və ortaq tarixi keçmişin, dilin, dəyərlərin, irsin qorunması, təbliği və inkişafı xalqlararası əməkdaşlığa mühüm töhfə verir.

Cənab prezident İlham Əliyevin Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət mərkəzindədir. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.

"Türk Dünyası Həftəsi" də göstərir ki, ortaq tarix yalnız keçmişi öyrənməklə yanaşı həm də gələcəyin qurulması üçün də mühüm əsasdır. Bu platforma Türk dövlətləri arasında qarşılıqlı etimadı gücləndirir, ortaq layihələrin sayını artırır və gələcək nəsillərin ortaq kimlik şüurunun formalaşmasına xidmət edir. Azərbaycan son illərdə Türk dünyasında inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir.

Cavanşir Paşazadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 549   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr