Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynaya bilər. Problemin həlli isə yalnız məktəbdaxili intizam tədbirləri ilə məhdudlaşmamalı, uşaqların düzgün davranış modelləri əsasında yetişdirilməsi də diqqətdə saxlanılmalıdır.
Bəs, məktəblərdə fiziki zorakılıq hallarının yaranmasına və yayılmasına təsir edən əsas sosial səbəblər hansılardır? Bu problemin qarşısını almaq üçün ailə və məktəb hansı birgə addımları atmalı, şagirdlər arasında sağlam ünsiyyət və zorakılığa qarşı davranış mədəniyyəti necə formalaşdırılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, müasir dövrdə məktəblərdə, xüsusilə orta təhsil müəssisələrində şagirdlər arasında aqressiv davranışların artması yalnız Azərbaycana xas problem deyil.
"Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da, Niderlandda və digər Avropa dövlətlərində də bu cür hallarla qarşılaşırıq. Belə hadisələrin sosial şəbəkələrdən istifadənin geniş yayıldığı və bu sahədə məhdudiyyətlərin az olduğu cəmiyyətlərdə daha çox müşahidə edilməsi diqqət çəkir. Məhz buna görə Avropa ölkələrində və ABŞ-da sosial şəbəkələrdən istifadə ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi məsələsi getdikcə daha geniş müzakirə olunur.
Lakin problemi yalnız sosial şəbəkələrlə əlaqələndirmək düzgün olmaz. Bu gün uşaqlar televiziya kanalları vasitəsilə də çoxsaylı verilişlərə və filmlərə baxırlar. Həmin ekran əsərlərində zorakılıq, aqressiya və münasibətlərdə gərginlik yaradan süjetlərin çoxluğu uşaqların və yeniyetmələrin dünyagörüşünə, psixoloji vəziyyətinə təsir göstərir. Bu məzmunlar onların özlərini ifadə etmək və problemləri həll etmək üçün zorakı üsullara meyil göstərməsinə səbəb ola bilər.
Eyni zamanda, kinoteatrlarda və digər nümayiş məkanlarında yüksək səs effektləri, xüsusi eynəklərlə izlənilən animasiya və filmlərin yaratdığı immersiv mühit də uşaqların emosional vəziyyətinə təsir edə bilər. Belə təcrübələr həyəcan və həssaslığı artırmaqla yanaşı, bəzi hallarda mənfi psixoloji təsirlərə də yol aça bilər.
Nəticədə uşaqların həyatında ailə və təhsil mühitindən fərqli dəyərlər və davranış modelləri formalaşır. Bu isə ailə, məktəb və uşaqların qarşılaşdıqları yeni həyat tərzi arasında müəyyən uçurum yaradır. Həmin ziddiyyətlər bəzən şagirdlərin məktəbdə emosional, gərgin və aqressiv davranışlarında özünü göstərir.
Zorakı davranışların şəhər məktəblərində daha çox müşahidə olunmasının səbəblərindən biri də şəhər mühitində uşaqların müxtəlif informasiya mənbələrinə, fərqli həyat tərzlərinə və emosional təsir gücü yüksək olan məzmunlara daha çox məruz qalmasıdır.
Bu baxımdan ailə və məktəbin birgə maarifləndirmə işləri aparmasına ehtiyac var. Lakin müasir dövrdə uşaqların və yeniyetmələrin psixologiyasına təsir edən amillər o qədər çoxalıb ki, yalnız ailə və məktəbin səyləri ilə problemin tam həllinə nail olmaq çətindir. Əsrlərdir bu iki institut uşaqların tərbiyəsində mühüm rol oynasa da, hazırkı dövrdə onların qarşılaşdığı təsirlərin miqyası xeyli genişlənib.
Buna görə də təhsil sistemində və ailələrlə iş sahəsində yeni maarifləndirici institutların yaradılmasına ehtiyac var. Belə qurumlar həm məktəbəqədər dövrdə, həm də məktəb illərində uşaqlarla, valideynlərlə və müəllimlərlə fərdi və kollektiv şəkildə işləməlidir. Bu təsisatların xüsusilə şəhərlərdə geniş şəbəkəsinin yaradılması, Almaniya və digər ölkələrin təcrübəsinin öyrənilməsi faydalı ola bilər.
Ailə və məktəb uşaqların tərbiyəsi və davranışlarının formalaşmasında əsas rolunu qoruyub saxlamalıdır. Bununla belə, müasir şagird və yeniyetmələrin psixologiyasında müşahidə olunan aqressivliyin azaldılması, zorakı davranışların qarşısının alınması və münasibətlərin düzgün tənzimlənməsi üçün bu iki institutun əməkdaşlığı ilə yanaşı, əlavə maarifləndirici mexanizmlərin də yaradılması vacibdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Ən faydalı və ən zərərli balıq növləri
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
"Sevgi təkbaşına kifayət etmir"
"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA