"Birinci Türkoloji Qurultay bir daha Türk dünyasının birliyinin sarsılmaz olduğunu sübut etdi" - DEPUTAT
Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 ildən sonra keçirilməsi Birinci Türkoloji Qurultayın yenidən Bakıda keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Bu təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb və tədbir ölkə başçısının "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşdı.
"Türk Dünyası Həftəsi" Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.
Bu gün 20 ölkədən 215-dən artıq qonaq elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdə iştirak edərək dünyaya önəmli mesajlar ünvanlayırlar. Birinci Türkoloji Qurultayın yüz illiyi münasibətilə keçirilən tədbirlərin geosiyasi əhəmiyyəti olduqca geniş sahələri əhatə edir. Ən önəmlisi isə bu gün Türk dünyası yenidən Bakıda birləşir. Bu birliyə vəsilə olan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin paytaxtımızda açılışının reallaşması türk xalqlarının ortaq dəyərlərini və mənəvi birliyini özündə əks etdirir.
Türk dünyasının gələcəyini yalnız ortaq keçmişə istinad edən mədəni birlik kimi deyil, ortaq bilik istehsalı, humanitar institutlar və elmi əməkdaşlıq üzərində qurulan strateji məkan kimi təsəvvür edilir. Bu baxımdan Birinci Türkoloji Qurultay tarixdə yalnız mühüm elmi hadisə deyil, türk dünyasında institusional humanitar inteqrasiyanın ilk sistemli modeli kimi qiymətləndirilir. Birinci Türkoloji Qurultayın irsi təkcə tarixi yaddaş elementi kimi deyil, türk xalqlarının gələcək humanitar və intellektual arxitekturasının formalaşmasında mühüm mənbələrdən biridir.
Bu gün konqres iştirakçıları Qarabağda səfərdədirlər. Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən səfər çərçivəsində iştirakçılar regionun tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Konqres iştirakçılarının Qarabağa səfərinin təşkili olduqca böyük əhəmiyyət daşıyır. Çünki Qarabağ təşkil edilən bu səfər Azərbaycanın regionun bərpası və inkişafı ilə bağlı mesajlarını Türk dünyasının elmi ictimaiyyətinə birbaşa çatdırmaq imkanı yaradır.
Ümumiyyətlə "Türk Dünyası Həftəsi" "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platformadı.
Birinci Türkoloji Qurultay bir daha Türk dünyasının birliyinin sarsılmaz olduğunu sübut etdi və hər dövrün çağırışlarına uyğun olaraq atılan addımlar bu birliyi daha da möhkəmləndirəcək.
Vüqar İskəndərov
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu