"Birinci Türkoloji Qurultay ortaq türk kimliyinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayır" - Emil Əkbərov
"Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" keçirilir. 100 il sonra yenidən bu qurultayın keçirilməsi tarixi bir hadisədir".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
O, qeyd edib ki, iyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində "Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi" mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi olub:
"Türk xalqlarının ortaq dil, tarix, ədəbiyyat, etnoqrafiya və mədəni irsinin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də vahid ümumtürk əlifbasına keçid kimi strateji məsələlərin müzakirə olunduğu bu beynəlxalq tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın həmin dövrdə Türk dünyasının intellektual və mədəni mərkəzlərindən biri kimi qəbul edilməsinin göstəricisi idi. Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığının genişlənməsi və dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Biz bunu "Türk dünyası həftəsi" çərçivəsində keçirilən tədbirlərdə də gördük. Xüsusilə də "Türk Dünyası Həftəsi" iştirakçılarının Qarabağa səfəri bizim üçün olduqca əhəmiyyətlidir. Çünki bu səfər həm də dünyaya birliyin mesajıdır. Qonaqların Qarabağ səfəri aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yerində tanış olmaqla yanaşı həm də uzun illər Azərbaycana qarşı formalaşdırılmış dezinformasiya kampaniyalarının növbəti dəfə iflasa uğraması deməkdir".
Emil Əkbərov vurğulayıb ki, Prezident İlham Əliyevin bu təşəbbüsü irəli sürməsi Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü ideyaların siyasi, iqtisadi əməkdaşlıqla yanaşı həm də ortaq kimlik və vahid humanitar məkanın formalaşdırılmasını da əhatə etdiyini göstərir:
"Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması həm də ortaq türk kimliyinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayır. "Türk dünyası həftəsi"nin keçirilməsi milli-mədəni dəyərlərin qorunması, ortaq tarixi yaddaşın gələcək nəsillərə çatdırılması və türk xalqları arasında qarşılıqlı etimadın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Ən önəmlisi isə humanitar əməkdaşlığın genişlənməsi böyük əhəmiyyət daşıyır. Çünki humanitar əməkdaşlığın genişləndirilməsi ortaq elmi tədqiqatların, akademik mübadilə proqramlarının və birgə mədəni layihələrin artırılması türk dövlətləri arasında inteqrasiyanın institusional əsaslarını daha da möhkəmləndirə bilər. Xüsusilə də "Türk Dünyası Həftəsi" türk xalqlarını bir araya gətirməklə birliyi daha da gücləndirir. Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində vurğuladığı kimi, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya