"Bu gün Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas iqtisadi və ticarət tərəfdaşı Azərbaycandır" - DEPUTAT

"Bu gün Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas iqtisadi və ticarət tərəfdaşı Azərbaycandır" - DEPUTAT"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur".

Bunu Sonxeber.az-a danışan Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, ölkə başçısının söylədiyi kimi müşahidə olunan yeni dinamika bütün tərəflər üçün mühüm imkanlar yaradacaq. Tərəflər yaranmış imkanlardan səmərəli istifadə edilməlidir:

"Son aylarda Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərlər və səsləndirilən fikirlər Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərin müsbət istiqamətdə inkişafının sübut edir. Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, daha sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu sübut edir.

Bu gün Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas iqtisadi və ticarət tərəfdaşı Azərbaycandır. Xarici ticarət dövriyyəmizin təxminən 40 faizi Avropa İttifaqının payına düşür. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsində isə Azərbaycanın payı təxminən 70 faizdir. Bu göstəricilər Azərbaycanın Avropa üçün etibarlı və strateji tərəfdaş olduğunu bir daha təsdiqləyir".

Deputat söyləyib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında xüsusi yeri enerji təhlükəsizliyi tutur:
" Bilirsiniz ki, 4 il öncə Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu memorandum enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu. Xüsusilə də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu daha da artdı.

O sənəd imzalandıqdan sonra Avropaya qaz ixracının həcmi təxminən 65 faiz artıb. Bu gün Azərbaycan təbii qazı Avropa İttifaqına üzv olan 10 ölkəyə ixrac edilir. Əlbəttə ki bu da Azərbaycanın enerji sahəsində üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyinin sübutu ilə yanaşı həm də etibarlı təchizatçı olduğunun göstəricisidir. Bundan əlavə Azərbaycan yaşıl enerji sahəsində də böyük hədəflər müəyyənləşdirib. Qarşıdakı illərdə ölkəmizdə yaşıl enerji istehsalı gücünün 8 giqavata çatdırılması planlaşdırılır. Bu potensial həm Avropa bazarına yaşıl enerjinin ixracına, həm də daxili istehlakda təbii qazdan istifadənin azalmasına imkan verəcək".

Deputat vurğulayıb ki, Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı nəqliyyat və bağlantı layihələri də xüsusi diqqət mərkəzində oldu.

"Avropa Komissiyasının Prezidenti çıxışında Avropa İttifaqının bağlantı layihələrinə böyük əhəmiyyət verdiyini bildirdi. O, gələcəkdə Azərbaycanda qitələri birləşdirən beynəlxalq bağlantı konfransının keçirilməsinə ümid etdiyini ifadə etdi. Bu yanaşma bir daha Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi kimi artan rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini sübut edir

Avropa Komissiyasının Prezidenti çıxışında Azərbaycanın təşəbbüsü ilə regionda sülhün möhkəmləndirilməsinə dəstəyini söyləyib. Bildirildi ki, "Sülhün inkişafı" proqramı çərçivəsində Azərbaycana 20 milyon avro vəsait ayrılacaq. Bu maliyyə dəstəyi əsasən humanitar minatəmizləmə işlərinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və təcili tibbi xidmətlərin inkişafına yönəldiləcək. Bu isə Avropa İttifaqının postmünaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunmasına maraq göstərdiyini nümayiş etdirir.

Ursula Fon der Lyayenin səfəri və səsləndirilən fikirlər onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni regional reallıqları dəstəkləyir, sülh gündəliyini və əməkdaşlıq təşəbbüslərini qəbul edir. Bu yanaşma Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşıdakı dövrdə daha da genişlənəcəyinə, enerji, nəqliyyat, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının yaranacağına əsas verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 348   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr