"Siyasi mədəniyyətin yüksəldilməsi demokratik institutların dayanıqlığını gücləndirən əsas amillərdəndir" - Bəhruz Quliyev
"İnsan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biri olmaqla yanaşı, cəmiyyətin demokratik inkişaf səviyyəsini müəyyən edən başlıca meyarlardandır. Müasir dövrdə bu sahədə uğurlar yalnız qanunvericiliyin təkmilləşdirilməsi ilə deyil, həm də vətəndaşların hüquqi və siyasi mədəniyyətinin yüksəldilməsi, onların ictimai proseslərdə fəal iştirakının təmin edilməsi ilə ölçülür.
Azərbaycanda son illər insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, elektron dövlət xidmətlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ baxılması, hüquqi maarifləndirmə layihələrinin geniş vüsət alması dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və səmərəli qurulmasına xidmət edir. Hüquqi savadlılığın artırılması insanların öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə, qanunun aliliyinə hörmətin möhkəmlənməsinə və cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına mühüm töhfə verir."
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, eyni zamanda, siyasi mədəniyyətin yüksəldilməsi və sosial-siyasi fəallığın artırılması demokratik institutların dayanıqlığını gücləndirən əsas amillərdəndir. Cəmiyyətin müxtəlif təbəqələrinin qərarqəbuletmə proseslərinə cəlb olunması, vətəndaş cəmiyyəti institutlarının inkişafı və ictimai dialoqun genişlənməsi dövlət idarəçiliyinin səmərəliliyini artırır.
Bu baxımdan, insan hüquqlarının qorunması yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. "Düşünürəm ki, hüquqi maarifləndirmənin gücləndirilməsi, gənclər arasında vətəndaşlıq məsuliyyətinin təşviqi, milli-mənəvi dəyərlərlə müasir hüquqi düşüncənin vəhdətinin təmin olunması Azərbaycanın dayanıqlı inkişafına və güclü vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən mühüm istiqamətlərdir.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri hüquq və azadlıqların etibarlı müdafiəsini təmin etməklə yanaşı, hər bir vətəndaşın cəmiyyətin inkişafında öz rolunu dərk etməsinə, ictimai proseslərdə daha fəal iştirakına şərait yaratmaqdır. Hüquqi və siyasi mədəniyyəti yüksək olan cəmiyyət dövlətçiliyin möhkəmlənməsinin, milli birliyin və davamlı inkişafın ən etibarlı təminatıdır."- deyə, B.Quliyev əlavə edib.
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusuna uyğun olaraq dərc edilir.
Aysel Yusifqızı

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya