"Qadının boşanmış olması onu qətlə yetirən şəxsi cinayet məsuliyyətindən azad etmir" - Sosioloq
"Bu gün cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyil. Son illərdə yanaşma müəyyən qədər dəyişsə də, bəzi stereotiplər hələ də qalmaqdadır.Təəssuf ki, boşanmalarda kişilər deyil, qadınlar qınanılır. Boşanmanın səbəbi araşdırılmadan məsuliyyət çox vaxt qadının üzərinə qoyulur. Hətta kişi narkoman olsa da, xəyanət etsə də, həyat yoldaşına və uşaqlara qarşı fiziki zorakılıq göstərsə də yenə də boşandığına görə qadın qınanılır".
Bunu Sonxeber.az-a danışan sosioloq Günel Məmmədova bildirib:
Sosioloq qeyd edib ki, boşanmış qadınlara sosial təzyiqlər də çox olur:
"Qohumlar və ətraf tərəfindən "yenidən ailə qurmalıdır" və ya "ailəni qorumalı idi" kimi fikirlər səsləndirilə bilirlər. Səbəb kimi də qohum və qonşuların qızı boşanan ailəyə yaxşı baxmaması ilə əlaqələndirirlər. İş və sosial münasibətlərdə ayrı-seçkilik və bəzi hallarda isə boşanmış qadınlara qarşı əsassız mənfi yanaşma müşahidə olunur. Nəticədə də qınaq, tənhalıq hissi və övladların məsuliyyəti qadın üçün əlavə yük və psixoloji problemlər yaradır".
"Təəssüf ki, heç kim təkbaşına uşaq böyütmək həm maddi, həm də mənəvi baxımdan qadın üçün nə qədər ağır olduğunu düşünən insanlar azdır. Boşanan qadınlar günahsız yerə qətlə yetiriləndə belə insanlarımız günahı kişi də deyil, öləndə görürlər. Hətta qadını əxlaqsızlıqda günahlandıran insanlar da olur. Bütün bu problemlərin kökündə bu gün namus yükünün yalnız qadınlara yüklənməsidir. Kiçik yaşlarından başlayaraq ailələrdə qız uşaqlarına bütün nəslin namusu yükünü daşımalı olduqları aşılanır.
Bununla yanaşı, cəmiyyətdə müsbət dəyişikliklər də var. Təhsil səviyyəsinin yüksəlməsi, qadınların iqtisadi müstəqilliyinin artması və hüquqi maariflənmə nəticəsində boşanmış qadınlara daha anlayışlı yanaşan insanların sayı artır.
Bəzi insanlar düşünürlər ki, boşanmış qadını qətlə yetirəndə ona heç bir cəza düşmür. Hətta cəzalarının azaldılması üçün törətdikləri cinayətə namus donu geyindirməyə çalışanlar, qadını əxlaqsızlıqda ittiham edənlər də var. İnsanlar unudurlar ki, qanun qarşısında boşanmış qadınlar digər vətəndaşlarla eyni hüquqlara malikdirlər. Boşanmış olduğuna görə onun qətlə yetirilməsi şəxsi cinayet məsuliyyətdən azad etmir. Qətl və zorakılıq törədən şəxs qanunla layiq olduğu cəzanı alır", - deyə sosioloq vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 597 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrKolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
31 oktyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabr