"Sosial şəbəkələrdə qeydiyyata qoyulan məhdudiyyət uşaqları bu platformalarda qarşılaşa biləcəkləri kiberzorakılıqdan qoruyacaq" - DEPUTAT

"Sosial şəbəkələrdə qeydiyyata qoyulan məhdudiyyət uşaqları bu platformalarda qarşılaşa biləcəkləri kiberzorakılıqdan qoruyacaq" - DEPUTAT"16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması uşaqları kiberzorakılığa məruz qalmasının qarşısını alacaq".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Məmmədli bildirib.

Deputat qeyd edib ki, son dövrlər sosial şəbəkələrdə kiberzorakılıq halları çoxalıb:

Kiberzorakılıq sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə bir şəxsin təhqir edilməsi, təhdid olunması, alçaldılması və ya narahat edilməsidir. Təəssüf ki, kiberzorakılıq uşaqlar və yeniyetmələr arasında geniş yayılıb və ciddi psixoloji təsirlər yarada bilər.

Ən çox rast gəlinən kiberzorakılığın ən çox rast gəlinən formaları:
-Təhqir və alçaldıcı şərhlər yazmaq.
-Təhdid mesajları göndərmək.
-Yalan məlumat və şayiələr yaymaq.
-Şəxsi foto və videoları icazəsiz paylaşmaq.
-Saxta profil açaraq kimisə nüfuzdan salmaq
-Bir şəxsi qrup söhbətlərindən və ya sosial platformalardan qəsdən kənarda saxlamaq.
-Davamlı təqib və israrlı narahat etmə.

Bütün bu sadaladıqlarım insan psixologiyasına xüsusilə də uşaqlarda ciddi problemlərə gətirib çıxarır. Belə ki, kiberzorakılıq stress, qorxu və narahatlıq, depressiya və özünəinamın azalması, təhsildə və işdə uğurun aşağı düşməsi, sosial münasibətlərdən uzaqlaşma hətta özünə zərər vermə və ya intihar riskini çoxaldır.Ona görə də düşünürəm ki, 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması zamanında verilmiş qərardı. Artıq bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulub. Məqsəd isə uşaqlar və yeniyetmələrin psixoloji sağlamlığını qorumaq və sosial platformalarda qarşılaşa biləcəkləri kiberzorakılığın qarşını almaqdır.

Deputat vurğulayıb ki, sosial şəbəkələrdən asılılıq uşaqların təhsilinə də mənfi təsir göstərir:

"Bütün vaxtlarını sosial şəbəkələrdə keçirmək elmə və təhsilə olan marağı azaldır. Sosial şəbəkə asılılığı akademik nəticələrin zəifləməsinə gətirib çıxarır, dərs zamanı diqqətin yayınmasına və vaxt itkisinə səbəb olur. Yanlış və etibarsız məlumatların yayılması düzgün bilik əldə etməyə mane olur.Yuxu rejiminin pozulması isə uşaqlarda diqqət və yaddaşın zəifləməsinə səbəb ola bilər. Ona görə bu məhdudiyyətin qoyulması doğru qərardır. Sosial şəbəkələrə qoyulan məhdudiyyət uşaqlarda təhsilə, idmana və da faydalı sahələrə olan marağı artıracaq, gələcəyimizin daha savadlı və sağlam olmasına kömək edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 437   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr