Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?Son illərdə pandemiyanın yaratdığı uzunmüddətli təsirlər, qlobal gərginliklər, eləcə də sosial və iqtisadi təzyiqlər insanların psixoloji vəziyyətinə təsirsiz ötüşməyib. Bununla yanaşı, son dövrlər sosial şəbəkələrdə psixoloq xidmətlərinə dair paylaşımların çoxalması da diqqət çəkir. Tələbat və izləyici sayı artdıqca, seans qiymətləri də fantastik həddə çatır. Maraqlıdır, Azərbaycanda psixoloq seansları neçəyədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Seansların qiymətləri 80-500 AZN aralığında dəyişir

Seans qiymətləri mütəxəssisin təcrübəsi, ixtisaslaşma sahəsi, qəbulun fərdi və ya onlayn keçirilməsi, həmçinin klinika və ya şəxsi kabinet amillərinə görə fərqlənir. Araşdırmamıza əsasən məlum olur ki, psixoloq seanslarının qiymətləri hazırda 80 manatdan başlayaraq 500 manata qədər yüksəlir. Seanslar əsasən, 45-60 dəqiqə davam edir. Canlı görüşlər adətən onlayn seanslarla müqayisədə bir qədər baha olur. Onlayn konsultasiyalarda qiymətlər bir saatı minimum 80 manat civarında formalaşdığı halda, canlı qəbulda bu rəqəm 100 manatdan başlayır.

Bəzi mütəxəssislər xidmətlərini seansın müddətinə uyğun olaraq fərqli tariflərlə təqdim edirlər. Məsələn, 45 dəqiqəlik görüşlər təxminən 70 manat, bir saatlıq seanslar 120-130 manat civarında müəyyən edilir. Daha uzun müddətli seanslarda isə qiymətlər 140-250 manat aralığında dəyişir. Bu daha çox kompleks psixoloji dəstək və dərin terapiya proseslərini əhatə edir. Eyni zamanda, cütlük terapiyası kimi xüsusi xidmətlər də ayrıca qiymətləndirilir və orta hesabla saatı 150 manatdır. Mütəxəssislər qeyd edirlər ki, bu tip seanslar adətən daha çox zaman və intensiv iş tələb etdiyi üçün ayrıca tarifləndirilir.

Psixoloji seansların planlanması da müəyyən qaydalarla tənzimlənir. Belə ki, vəziyyətdən asılı olaraq görüşlər adətən ayda iki-üç dəfə təyin edilir. Yəni psixoloqa müraciət edən şəxs ayda dörd-beş dəfə xidmət alacaqsa, minimum 500 manat ödəyir.

Bəzi xüsusi klinik və fərdi praktikalar isə bu göstəricidən daha yüksək seansı 500-1000 manata qədər qiymətlər tətbiq edə bilir.

"Bu, psixoloqlara ehtiyacı artırır"

Psixoloq Orxan Oruczadə "Kaspi" qəzetinə açıqlamasında son dövrlərdə psixoloji dəstəyə müraciət edənlərin sayının artmasını gözlənilən tendensiya hesab edir. Psixoloq bildirir ki, müasir dövrdə həyat tərzi ciddi şəkildə dəyişib:

"Texnologiyanın inkişafı, şəhər həyatının sürətlənməsi, iş tempinin artması və rəqabətin güclənməsi insanların psixoloji yükünü artırır. Əvvəllər daha sıx olan sosial münasibətlər - ailə, dost, qonşuluq əlaqələri - bu gün zəifləyib. İnsanlar daha çox fərdiləşib və problemlərini paylaşmaq imkanları azalıb. Bu isə psixoloqlara ehtiyacı artırır. İnsanlar artıq yalnız problem yaşadıqda deyil, özünü inkişaf etdirmək və emosional balansını qorumaq üçün də psixoloji dəstəyə müraciət edirlər".

"Sosial şəbəkələrdə ziyanlı kontentlər mövcuddur"

Psixoloq bildirir ki, sosial şəbəkələrdə bu sahədə nəzarət mexanizminin olmaması insanların peşəkar xidmət almasına ciddi şəkildə təsir edir: "Bir tərəfdən psixoloji mövzuların gündəmə gəlməsi və maariflənmə müsbət haldır. Digər tərəfdən isə sosial şəbəkələrdə bu sahədə həddindən artıq çox, bəzən ziddiyyətli və qeyri-peşəkar kontent mövcuddur. Bu sahədə demək olar ki, heç bir nəzarət mexanizmi yoxdur. Telefonu və mikrofonu olan hər kəs özünü psixoloq, koç, mentor kimi təqdim edə bilir. Halbuki bu şəxslərin bir çoxunun nə ixtisası, nə də peşəkar hazırlığı var. Hətta bəzən onların özlərinin psixoloji və ya psixiatrik dəstəyə ehtiyacı olduğu açıq görünür. Məsələn, "3 seansda bütün problemləri həll edirəm" kimi iddialar tamamilə qeyri-elmi və məsuliyyətsizdir. Psixoterapiya uzunmüddətli, mərhələli və fərdi yanaşma tələb edən bir prosesdir".

Reklam və süni yaradılmış imic

Həmsöhbətimiz vurğulayır ki, sosial şəbəkələrdə digər manipulyasiya üsulu süni "növbə effekti" yaratmaqdır:

"Elə bir görüntü yaradılır ki, guya qəbul üçün günlərlə gözləmək lazımdır. Halbuki real yoxlamada çox qısa müddətdə qəbul mümkündür. Reallıqda isə həmin görüntünü yaradan şəxs ofisin aylıq ödənişini necə edəcəyi ilə bağlı qayğıları ilə məşğuldur. Bu cür yanaşmalar etik kodeksin kobud şəkildə pozulmasıdır. Burada "cahillik cəsarəti" anlayışı da özünü göstərir. Yəni insan nə qədər az bilirsə, bir o qədər iddialı olur".

Psixoloji xidmətlərdəki qiymətlərə gəldikdə isə, mütəxəssis bildirir ki, qiymətlərin formalaşmasına mütəxəssisin təhsili, təcrübəsi, istifadə etdiyi metodlar və iş şərait təsir edir. Amma reallıqda qiymətlər çox zaman reklam və süni yaradılmış imic üzərindən formalaşır:

"Sosial şəbəkələrdə aktiv olan və özünü intensiv reklam edən şəxslər daha yüksək qiymət tələb edir. İnsanlar da bunu keyfiyyət göstəricisi kimi qəbul edirlər. Eyni hal televiziya üçün də keçərlidir. Cəmiyyətdə belə bir yanlış fikir var ki, TV-də çıxış edən şəxs mütləq yaxşı mütəxəssisdir. Halbuki efir vaxtı çox zaman ödənişlidir və kanallar həmin şəxsin peşəkarlığını yoxlamır. Psixoloji xidmət sahəsi ilə bağlı qanun qəbul olunub və orada bir sıra mühüm məqamlar kifayət qədər yaxşı şəkildə qeyd edilib. Məsələn, psixoloji xidmətin təşkili, mütəxəssislərin məsuliyyəti və etik prinsiplərlə bağlı çərçivələr müəyyən edilib. Amma təəssüf ki, hazırda bu qanun işləmir. Ən ciddi problemlərdən biri də odur ki, bu sahəyə nəzarət edən konkret bir qurum mövcud deyil. Bu boşluq bəzi şəxslər üçün sui-istifadə imkanı yaradır. Əslində bu, yeni bir problem deyil. Sadəcə, forma dəyişib. Əvvəllər insanlar falçılara, ekstrasenslərə müraciət edirdi. Bu gün isə həmin şəxslərin bir qismi özlərinə yeni adlar veriblər - psixoloq, koç, mentor, "mental təlimçi" və s."

"Bu insanlardan psixoloji xidmət almaq təhlükəlidir"

Psixoloq vurğulayır ki, psixoloji xidmət almaq istəyənlər ilk növbədə mütəxəssisin təhsili, ixtisası və praktik təcrübəsi ilə maraqlanmalıdırlar:

"Peşəkar psixoloqlar bunu anlayışla qarşılayır və hətta təqdir edirlər. Əgər qarşı tərəf bu suallara aqressiv və ya yayınan reaksiya verirsə, bu, artıq ciddi siqnaldır. Eyni zamanda, həmin şəxsin tanınmış və etibarlı təhsil müəssisələrindən diplomu yoxdursa və ya bunu təsdiqləyən sənədləri təqdim etmirsə, ondan psixoloji xidmət almaq təhlükəlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 616   Tarix: 11 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr