Məşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətləriMəşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətlə

Məşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətləriMəşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətləSənət adamlarının yaradıcılığı qədər özəl həyatı, yaşadıqları da sevənlərinə maraqlıdır. Təəssüf ki, milyonların sevimliləri hər zaman xoş xəbərlərlə tamaşaçıların qarşısına çıxmır. Bəzən məşhur sənətçilər yaşadıqları qalmaqallar, ailə problemləri, törətdikləri cinayətlərlə gündəmi zəbt edirlər.
Türkiyə mətbuatı məhbus həyatı yaşayan məşhurların siyahısını hazırlayıb.
Siyahıda ilk yeri Sərdar Ortac tutub. O, 1999-ci ildə əsgərlikdən yayınmaq üçün saxta sənədlər hazırladıb. Buna görə də 2 ilə yaxın həbs həyatı yaşayıb.
1999-cu ildə həbs olunanlar siyahısında məşhur aparıcı Ebru Şallı da var. O, narkotik maddə istifadə etdiyi üçün 15 günlük məhbus olub.
Həbsdən çıxdıqdan sonra verdiyi açıqlamada məşhur xanım həbsxananı belə xatırlayıb: "Düşündüyümdən fərqli idi. 8-ci kamerada qaldım. Pisin yaxşısı idi. Amma insan nə yemək yeyə bilir, nə yata bilir. İçəridəkilər günahsız insanı gözündən anlayıb daha içdən davranırlar. Vegetarian olduğum üçün mənə normal yeməklər etdilər. Filmlərdəki qədər pis deyildi. Hilton otel də deyildi təbii ki...".
"Türkiyənin divası" adlandırılan Bülent Ersoy 1980-ci ildə hərbi çevriliş dövründə evinə gələn hakimi təhqir etdiyi üçün 11 ay 20 gün həbsə məhkum edilmişdi. Lakin cəzası 45 gün sonra təxirə salınıb.
Bülent Ersoy daha sonra Quş adasında tətildəykən bir jurnalistə hücum edərək fotoaparatını qırdığı üçün həbs edilərək Söke həbsxanasına göndərilib. Orada o, 2 ay həbs həyatı yaşayıb.

Məşhur model Tuğba Özayın həbsə girmə səbəbi isə sevgilisi Akın Büyükoğlunu vurması üçün bir sui-qəsdçi ilə anlaşmasıdır.
1993-cü ildə gənc qıza təcavüz etdiyi iddiası ilə Doğuşa 2 il həbs cəzası verilsə də, o, cəmi 4 ay məhbus olub.
1987-ci ildə polislə yaşadığı mübahisə sonrası həbs olunan İbrahim Tatlısəs 16 gün həbsdə qalıb.
Müğənni Gökhan Özən sevgilisinə söz atan bərbəri qaçıraraq döydüyü üçün 2 ay həbs cəzası alıb.
Yaxın zamanda isə müğənni Dəniz Səkinin həbs olunmasına şahid olduq. O, 2009-cu ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin qərarıyla, "narkotikdən istifadə və satmaq" maddəsi ilə 6 il, 3 ay müddətinə həbs olunub. 7 ay həbsxanada qalan ifaçı 2009-cu ilin oktyabrında azadlığa buraxılıb. 2014-cü ilin may ayında İstanbul 12-ci Ağır Cəza Məhkəməsi "narkotik satışı ilə məşğul olma" cinayəti ilə mühakimə edilən ifaçını həbs olunmasına qərar verib. Ona 6 il 3 ay həbs cəzası verilib. Həbs qərarını eşidən müğənni gizlənib. O, 6 aydan sonra İstanbul Esenyurtdakı gizləndiyi evində aşkarlanıb və tutulub. Müğənni bu ilin iyun ayında azadlığa çıxacaq.

Mənbə: musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2501   Tarix: 20 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskvada şaxta düşəcəyi barədə xəbərdarlıq edildi

Rusiyanın paytaxtı Moskva şəhərində mayın 4-ü gecə və səhər saatlarında mənfi iki dərəcəyə qədər şaxta gözlənilir. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə mətbuat xidməti xəbərdarlıq edib. İdarənin nümayəndələri hava şəraiti ilə əlaqəda

3 may
.

Sosial şəbəkədə mübahisə etdikləri 19 yaşlı gənci öldürdülər

Türkiyədə iki şəxs sosial şəbəkədə əvvəlcədən mübahisə etdikləri 19 yaşlı gənci öldürüblər. xarici mediaya istinadən xəbər verir ki, qatillər başlarına maska taxaraq gənci tüfənglə öldürüblər. 19 yaşlı gənci silahla qətlə yetirən iki qətl şübhəlisi polisin əməliyyatı nəticəsində qısa müddətdə saxlanılıb

2 may
.

Sərxoş ər-arvad evdə donub öldü

Rusiyanın Nijni Novqorod vilayətində evli cütlük sərxoş halda donaraq ölüb. yerli KİV-ə istinadla bldirir ki, hadisə Boqorodski rayonunun Şuklino kəndində baş verib. Bir neçə gün əvvəl qohumları təqaüdçülərlə telefonla əlaqə saxlaya bilmədiyindən, onların vəziyyətini yoxlamağa gedib. O, evdə iki meyit

2 may
.

Zelenski onu da vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski daha bir yüksəkvəzifəli şəxsi tutduğu vəzifədən azad edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Bildirilib ki, Zelenski Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik departamentinin rəhbəri İlya Vityuku vəzifəsində

2 may
.

"Qarnım ağrıyır" deyərək xəstəxanaya getdi, şoka düşdü:Gec getsəydi, öləcəkdi

Kişi qarnında hiss etdiyi şiddətli ağrı səbəbindən xəstəxanasına müraciət edib. Həmin şəxs ağrının səbəbini öyrənəndə şoka düşüb. xarici mediaya istinadən xəbər verir ki, xəstəxanada aparılan təhlillərin nəticəsində kişinin qarnında dəqiqələrin vacib olduğu aortada daxili cırılma aşkar edilib. Hadis

2 may
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

2 may
.

Acun Ilıcalıya ağır itki üz verdi

Türkiyəli iş adamı Acun Ilıcalının ailəsinə ağır itki üz verib. xəbər verir ki, onun 86 yaşlı əmisi Gürbüz Ilıcalı dünyasını dəyişib. Bu barədə Ilıcalı özü bildirib. O 86 yaşlı əmisinin fotosunu paylaşaraq onun dünyasını fəyişdiyini deyib:. "Yaxşılıqdan başqa heç nə düşünməyən, çətinlikdə olan hə

3 may
.

Qadın ərinin qardaşı oğlu tərəfindən boğularaq ÖLDÜRÜLDÜ: 9 ay evlərində qaldı, daha sonra isə...

Türkiyənin İstanbul şəhərində iki uşağının gözü qarşısında boğularaq öldürülən Suriya əsilli Əminə Dərvişin qatilinin kim olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, qatilin 9 ay evlərində qonaq qalan ərinin qardaşı oğlu olduğu məlum olub. Qadının əri qardaşı oğlunun 9 ay onların evind

2 may
.

Rusiyalı turist oteldə ölü tapıldı

Türkiyədə turist ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Antalya şəhərində Dimitri Tsıqanov adlı 61 yaşlı rusiyalı turist oteldə ölü tapılıb. Mehmanxanada qalan 61 yaşlı Dimitri Tsıqanovun hərəkətsiz vəziyyətdə olduğunu və besedkada stulda oturduğunu görən işçilər həkimlərdən kömək istəyiblər

2 may