Şuşa Qlobal Media Forumu Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm imkandır

Şuşa Qlobal Media Forumu Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm imkandır"Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında mühüm platformadır. Bu cür mühüm tədbirin Şuşada keçirilməsi ermeni vandalizmini beynəlxalq media nümayəndələri vasitəsilə bir daha dünyaya çatdırılması üçün əhəmiyyətlidir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, iki gün davam edəcək Şuşada IV Şuşa Qlobal Media Forumu geniş beynəlxalq təmsilçilik nəzərdə tutulur. Bu il forumda 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyinin, 60-dan çox media qurumunun, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin, eləcə də media sahəsi ilə əlaqəli digər qurumların nümayəndələri iştirak edir. Forum qlobal informasiya gündəliyində yer alan aktual məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın inkişafı, media sahəsində yeni çağırışlarla bağlı təcrübə və fikir mübadiləsinin aparılması baxımından mühüm platforma hesab olunur. İki gün ərzində "Media obyektivində sülh quruculuğu və ictimai diskurs", "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" və "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzularında panel iclasları keçiriləcək. Geosiyasi gərginliyin artdığı, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi indiki dövrdə bu mövzuların xüsusi aktuallıq kəsb etdiyi şübhəsizdir. Bir sözlə forun panel müzakirələrinin mövzuları da müasir qlobal çağırışları əhatə edir".

Deputat vurğulayıb ki, açılış mərasimində iştirak edən cənab prezident İlham Əliyev çıxışında bir çox vacib məsələlərə toxunub:

"Ölkə başçısı ilk olaraq forumun əhəmiyyətindən danışaraq tədbirin keçirilməsinin məqsədi dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri ilə qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış etməkdir. Forumda iştirak edən beynəlxalq media nümayəndələri erməni vandalizmini öz gözləri ilə görəcəklər və Qarabağın inkişafını, yenidən qurulmasını şahidi olacaqlar. Ölkə başçısı çıxışında Avropa Şurası və Avropa İttifaqı ilə münasibətlərə də toxunub. Qeyd edib ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir. Qarabağ münaqişəsi davam edən dövrdə və eləcə də bu gün Azərbaycan Avropa Şurasının haqsız mövqeyi ilə qarşılaşıb və daim ölkəmizə qarşı əsassız iddialar irəli sürür, qətnamələr qəbul edirlər. 30 ildən çox torpaqlarımızı işğal altında saxlayan Ermənistanı cəzalandırmaq üçün bir dəfə olsa qətnamə qəbul etməyən Avropa Şurası dəfələrlə Azərbaycana qarşı haqsiz mövqe sərgiləyib. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Amma Avropa Şurası Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər. Avropa Şurası əsil üzünü 2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı bəhanə edib, səsvermə hüququndan məhrum etdiyində göstərdi. Ölkə başçısının söylədiyi kimi bu insan hüquqları ilə bağlı məsələ deyildi. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?! Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib.Buna görə də biz onların qərarlarını tanımırıq.

Ölkə başçısının söylədiyi kimi Avropa İttifaqının (Aİ) sabiq Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin rəhbərliyi dövründə Azərbaycanla bu qurum arasındakı münasibətlər, demək olar, tam uçuruma gedib. Bəzi korrupsiyaya uğramış şəxslər - Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo müəyyən maliyyə mənbəyindən yararlanırdı. Erməni oliqarx Ermənistanla bağlı məsələlərdə ona dəstək verib. Bütün bu anti-Azərbaycan qrupu Avropa Komissiyasında mövcud idi. Borrel siyasətdən getdikdən bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Bu ilin bir neçə ay ərzində Brüsseldən Azərbaycana bir sıra səfərlər həyata keçirildi. Martda Aİ Şurasının sədri Antonio Koşta gəldi, daha sonra Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, iyulda isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gəldi. Hazırda Avropa İttifaqı ilə münasibətlər yaxşılaşmağa doğru gedir".

Deputat söyləyib ki, Enerji sahəsində Azərbaycanın gələcək planlarından danışan ölkə başçısı Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparıldığını vurğulayıb:

"Bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar getdiyini bildirən prezident İlham Əliyev bununla bağlı müraciətlərin olduğunu da bildirib.Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırıla bilən mənbədir və bizim 10 il bundan öncə ilə müqayisə etsək, rolumuz daha vacibdir.

Bundan başqa, dövlət başçısı çıxışında bildirdi ki, "mavi yanacaq" hasilatını artırmaq üçün müvafiq işçi proqram tərtib edilib və sərmayə portfeli yaradılıb. Ölkə başçısının qeyd etdiyi kimi bərpa olunan enerji ilə bağlı da işlər görülür. Bunun sayəsində biz qaza qənaət edəcəyik. 2032-ci ilə qədər biz bərpa olunan enerjinin həcmini 8 giqavata çatdıracağıq və bu, bizə ildə 2-3 milyard kubmetr qaza qənaət etməyə kifayət edəcək. Bu gün həmin qaz elektrik enerjisinin istehsalı üçün sərf edilir. Yəni bu iki vacib faktor: qaz hasilat portfeli və profili genişləndirilir və lazımi olan bazar var. Və biz burada nəqliyyat infrastrukturunu genişləndirməliyik. Bizim qaz infrastrukturumuz 2022-ci il Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrə uyğun tərtib edilib. O zaman bizim proqnozlarımız və strategiyamız ondan ibarət idi ki, biz hasilat prosesini uzadaq və bu həcmləri sabit saxlayaq, və ya daha çox sərmayə qoyaq və daha çox qaz hasil edək. Ancaq müharibə başlayandan sonra Azərbaycan qazına olan tələbat kəskin artdı. Avropa Komissiyasından bizə müraciət edildi ki, Azərbaycan əlindən gələni etsin ki, biz hasilatı artıraq. Biz 2022-ci illə müqayisədə Avropa İttifaqına ixracı 65 % artırdıq və bu rəqəm getdikcə artacaq. Yəni, mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi vacibdi.x

Dövlət başçısı çıxışında Azərbaycan-ABŞ münasibətlərinə, "907-ci düzəliş", rəqəmsal transformasiya və süni intellektin inkişafı kimi mühüm məsələlərə də toxunub. Cənab prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın qlobal gündəliyi dayanıqlı inkişafın təyin edilməsi, Qarabağın bərpası, yenidən qurulması, bu layihələrin yekunlaşdırılmasıdır.Onların həyata keçirilməsi nəticəsində nəqliyyat marşrutları yaradılacaq. Azərbaycanın enerji resurslarına tələbat artır. Eləcə də bərpa olunan enerjiyə. Bizim böyük potensialımız var. Yalnız burada, Qarabağ bölgəsində 340 meqavat su, 340 meqavat gücündə günəş elektrik stansiyalarının inşasını bitiririk. Avropa bazarlarına elektrik enerjisinin ixracı gündəliyimizdə olan əsas məsələlərdən biridir. Çünki Avropanın buna ehtiyacı var.

İki gün davam edəcək forumun panel müzakirələrinin mövzuları da müasir qlobal çağırışları əhatə edir. Belə ki, "Media obyektivində sülh quruculuğu və ictimai diskurs", "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" və "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzularında panel iclasları keçiriləcək. Geosiyasi gərginliyin artdığı, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi indiki dövrdə bu mövzuların xüsusi aktuallıq kəsb etdiyi şübhəsizdir. Ümumiyyətlə, forum həm də Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm imkandır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 307   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib. Qeyd olunu

20 iyul
.

5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir

Valideynlər Bakının Nizami rayonunda yerləşən 17 və 19 saylı uşaq poliklinikalarında sənəd qəbulu zamanı yaranan sıxlıqdan narazıdırlar. "Qafqazinfo"ya müraciət edən şəxslər bildirirlər ki, bağçalara qeydiyyata düşən uşaqlar üçün tələb olunan sənədlərin təqdim edilməsi məqsədilə cəmi 5 günlü

21 iyul
.

Xatirə İslamla ərinin videosu haqda - Rəsmi açıqlama

Sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib. F.Musazadə polis orqanına dəvət olunmaqla barəsind

20 iyul
.

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 22-də havanın 38 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

21 iyul
.

"Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir" - DEPUTAT

22 İyul - Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrin

21 iyul
.

Göldə boğulub ölən ata-qızın - Fotoları

Xəbər verdiyimiz kimi, Qazaxda, Didvan gölündə Canallı kənd sakini Rafael Xəlilov və qızı Rəvanə Xəlilova göldə boğulublar. "Qafqazinfo"nun məlumatına görə, onların meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faciəvi şəkildə həlak olan ata və qızının fotolarını təqdim edirik:

20 iyul
.

"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir - VİDEO

Sosial şəbəkələrdə "Vital Hospital"la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Bu barədə -a Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Nazirlikdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb:

21 iyul
.

TikTok-un şahmat müəllimləri Beynəlxalq Şahmat Günündə: Oyunun sirlərini rəqəmsal dünyaya daşıyırlar

20 iyul bütün dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Strateji düşüncəni, məntiqi və diqqəti inkişaf etdirən bu oyun artıq təkcə şahmat taxtası arxasında deyil, sosial media platformalarında da milyonlarla insana çatır. Bu gün TikTok əyləncəli videolarla yanaşı, maarifləndirici məzmunun da geni

20 iyul
.

Pensiya alanların DİQQƏTİNƏ!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərl

21 iyul