Bu gün Şuşa qlobal siyasi dialoqun, media diplomatiyasının və beynəlxalq fikir mübadiləsinin mühüm platformasına çevrilib

Bu gün Şuşa qlobal siyasi dialoqun, media diplomatiyasının və beynəlxalq fikir mübadiləsinin mühüm platformasına çevrilib"Şuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarını açıq, arqumentli və prinsipial şəkildə cavablandırması bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız regional proseslərin iştirakçısı deyil, həm də həmin proseslərin istiqamətini müəyyənləşdirən əsas siyasi mərkəzlərdən biridir.

Forumun əsas mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" - təsadüfi seçilməyib. Son illər informasiya müharibələrinin klassik müharibələr qədər təhlükəli xarakter alması medianın məsuliyyətini daha da artırıb."

Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyev də çıxışında məhz bu məqama diqqət çəkərək vurğuladı ki, dezinformasiyanın deyil, həqiqətin yayılması davamlı sülhün əsas şərtlərindən biridir.Dövlət başçısının çıxışında bir neçə strateji istiqamət xüsusi diqqət çəkdi

İlk növbədə, Cənubi Qafqazda davamlı sülhün təmin olunması ilə bağlı Azərbaycanın mövqeyi bir daha beynəlxalq auditoriyaya çatdırıldı. Prezident bəyan etdi ki, Azərbaycan müharibə səhifəsini bağlayıb və regionda yeni əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Bununla yanaşı, sülhün birtərəfli deyil, qarşılıqlı öhdəliklər və beynəlxalq hüquq prinsipləri əsasında mümkün olduğu açıq şəkildə ifadə edildi.

İkinci mühüm istiqamət media və informasiya təhlükəsizliyi ilə bağlı idi. Prezident vurğuladı ki, müasir dövrdə informasiya manipulyasiyası dövlətlərarası münasibətlərə ciddi təsir göstərir. Buna görə də peşəkar jurnalistika faktlara söykənməli, ictimai rəyə təsir göstərən saxta məlumatlara qarşı prinsipial mövqe nümayiş etdirməlidir.
"Forum çərçivəsində Azərbaycanın xarici siyasət kursunun dəyişməz prinsipləri də bir daha təsdiqləndi. Müstəqil siyasət, milli maraqların qorunması, qarşılıqlı hörmətə əsaslanan beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya ölkəmizin əsas prioritetləri kimi təqdim olundu.

Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və yaşıl enerji layihələri də xüsusi yer tutdu. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən etibarlı logistika mərkəzi kimi rolu, enerji ixracının şaxələndirilməsi və bərpa olunan enerji layihələrinin genişləndirilməsi ölkənin strateji əhəmiyyətini daha da artıran amillər kimi qiymətləndirildi.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də Prezidentin cavablarında mühüm yer aldı. Bildirildi ki, işğaldan azad olunmuş ərazilər təkcə bərpa edilmir, eyni zamanda ən müasir şəhərsalma, rəqəmsal idarəetmə və "yaşıl enerji" konsepsiyası əsasında yenidən qurulur. Şuşada beynəlxalq media forumunun keçirilməsi də bu reallığın dünya ictimaiyyətinə təqdim edilməsinin mühüm vasitəsidir.

Bütün bunlar göstərir ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal siyasi dialoqun, media diplomatiyasının və beynəlxalq fikir mübadiləsinin mühüm platformasına çevrilib.
Prezident İlham Əliyevin Forum çərçivəsində verdiyi mesajların əsas mahiyyəti ondan ibarətdir ki, həqiqətin müdafiəsi, etimadın bərpası və ədalətli informasiya mühitinin formalaşdırılması XXI əsrdə sülh siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan da bu prosesdə həm siyasi iradəsi, həm də beynəlxalq təşəbbüsləri ilə fəal rol oynamaqda davam edir."-deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 364   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr