IV Şuşa Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti təzahürüdür

IV Şuşa Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti təzahürüdürAzərbaycan bu gün yalnız Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzlərindən biri deyil, həm də beynəlxalq dialoq, qlobal əməkdaşlıq və informasiya təhlükəsizliyi sahəsində mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi etibarlı platformaya çevrilib. Bu baxımdan Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun və media diplomatiyasının növbəti parlaq təzahürüdür.
Forum iştirakçılarının Füzuli Beynəlxalq Hava Limanına enməsi və buradan Şuşaya yola düşməsi xüsusi rəmzi məna daşıyır. Bir vaxtlar işğal altında qalmış torpaqlarda bu gün müasir hava limanlarının fəaliyyət göstərməsi, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin təhlükəsiz və rahat şəkildə Qarabağa səfər etməsi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin, genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin real nəticəsidir. Füzuli Beynəlxalq Hava Limanı yalnız mühəndislik layihəsi deyil, həm də Azərbaycanın bölgədə yaratdığı yeni inkişaf modelinin və sülh gündəliyinin mühüm simvollarından biridir.

IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirakı tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir. Bu göstəricilər Forumun artıq təsadüfi təşəbbüs deyil, qlobal media gündəliyinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrildiyini nümayiş etdirir.
Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Dezinformasiya kampaniyaları, saxta xəbərlər, süni intellekt texnologiyalarının informasiya mühitinə təsiri və kiber təhlükələr dövlətlərin qarşısında yeni çağırışlar formalaşdırır. Belə mürəkkəb şəraitdə media nümayəndələrinin, ekspertlərin və qərarverici şəxslərin eyni platformada bir araya gəlməsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Qlobal Media Forumu məhz bu baxımdan yeni əməkdaşlıq formatı təqdim edir. Burada yalnız media problemləri deyil, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, jurnalistikanın gələcəyi, süni intellektin media sektoruna təsiri, etik prinsiplərin qorunması və qlobal kommunikasiya mühitində qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi aktual məsələlər də geniş şəkildə müzakirə edilir. Forumun məhz Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində və dövlətçilik ənənələrində mühüm yer tutan şəhərdir. 2020-ci ildə əldə olunmuş tarixi Zəfərdən sonra şəhərin yenidən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Qarabağın tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu gün Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi və humanitar dialoq mərkəzi kimi tanınır. Burada keçirilən beynəlxalq forumlar, konfranslar və mədəni tədbirlər dünya ictimaiyyətinə Azərbaycanın quruculuq siyasətini, regionda yaratdığı sabitlik və inkişaf modelini yaxından təqdim edir.
Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm alətlərindən biri kimi də qiymətləndirilməlidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də informasiya siyasətinin effektivliyi ilə müəyyən olunur. Azərbaycan son illər beynəlxalq media ilə açıq dialoqun qurulmasına, şəffaf informasiya mühitinin formalaşdırılmasına və obyektiv məlumat mübadiləsinin genişləndirilməsinə xüsusi önəm verir. Forum çərçivəsində müxtəlif ölkələrdən gələn jurnalistlər və ekspertlər Qarabağda aparılan bərpa-quruculuq işlərini, müasir infrastruktur layihələrini, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarını, mədəni irsin bərpasını, yeni yaşayış məntəqələrinin salınmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesini yerində müşahidə etmək imkanı qazanırlar. Bu isə Azərbaycanın həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə operativ və obyektiv şəkildə çatdırılmasıdır. Şuşa Qlobal Media Forumu bu məqsədə xidmət edən ən mühüm beynəlxalq platformalardan biridir. Burada aparılan müzakirələr, keçirilən panel iclasları və ikitərəfli görüşlər informasiya sahəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına, media nümayəndələri arasında peşəkar əlaqələrin genişlənməsinə və qlobal çağırışlara qarşı ortaq yanaşmaların formalaşmasına xidmət edir. Forumun iyulun 14-dək davam edəcək proqramı çərçivəsində keçiriləcək müzakirələrin yalnız media sahəsinə deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminə də mühüm töhfələr verəcəyi gözlənilir. İnformasiya müharibələrinin getdikcə daha geniş vüsət aldığı bir dövrdə Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və həqiqətə əsaslanan informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm rol oynayır.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 564   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr