Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardır

Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardırİyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər Azərbaycanın çoxşaxəli, balanslı və praqmatik xarici siyasət kursunun ardıcıl və məntiqi davamı kimi dəyərləndirilməlidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında artan strateji əhəmiyyətinin, enerji təhlükəsizliyində oynadığı mühüm rolun və regional proseslərdə etibarlı tərəfdaş statusunun növbəti təsdiqi kimi xüsusi önəm kəsb edir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Azərbaycan-Slovakiya münasibətləri son illər ərzində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, siyasi dialoq intensivləşib və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli formalaşmağa başlayıb.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və aparılan müzakirələr tərəflərin münasibətləri yalnız diplomatik əlaqələr müstəvisində deyil, eləcə də iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqları əsasında dərinləşdirmək niyyətinin aydın ifadəsi olaraq qeyd edilə bilər. Həmçinin Slovakiya ilə münasibətlərin inkişafı ölkəmiz üçün Avropa İttifaqı daxilində balanslı və çoxtərəfli siyasətin gücləndirilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Avropada yerləşən Slovakiya həm enerji təhlükəsizliyi, həm də sənaye və nəqliyyat sahələrində Azərbaycanla üst-üstə düşən maraqlara malikdir və ölkəmizin Avropa siyasətində mühüm tərəfdaşlardan biri hesab olunur.

Məhz bu baxımdan, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərində milli maraqlara əsaslanan, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelinin təşviqinə xidmət edən mühüm diplomatik addımdır. Heç şübhəsiz ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirən mühüm aktordur. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən strateji layihələr, Azərbaycan təbii qazının Avropa bazarlarına fasiləsiz çıxışı, eləcə də enerji mənbələrinin və marşrutlarının diversifikasiyası Slovakiya üçün də uzunmüddətli strateji əhəmiyyət daşıyır. Ona görə də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Avropanın enerji xəritəsində Azərbaycanın rolunun daha da güclənməsinə, həmçinin ölkəmizin milli iqtisadi və geosiyasi maraqlarının təmin edilməsinə yönəlmiş məqsədyönlü addım kimi qiymətləndirilməlidir.

İyunun 14-də Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

Postmünaqişə dövründə Cənubi Qafqazda sülhün, sabitliyin və dayanıqlı əməkdaşlığın təşviqi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Slovakiya ilə aparılan müzakirələrdə suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət məsələlərinin vurğulanması Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Beləliklə də, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycanın milli maraqlara əsaslanan praqmatik və uzaqgörən xarici siyasət strategiyasının uğurla icra olunduğunu nümayiş etdirən növbəti mühüm diplomatik hadisədir. Bu səfər Azərbaycan-Slovakiya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında etibarlı, prinsipial və strateji tərəfdaş kimi mövqelərini daha da gücləndirib.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 648   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr