Qida zəhərlənmələri zamanı nə etmək lazımdır? - AÇIQLAMA

Qida zəhərlənmələri zamanı nə etmək lazımdır? - AÇIQLAMABəzən sadə bir səhv nəticəsində həyatımıza ciddi şəkildə təsir edə bilər. Gündəlik həyatın tələsikliyində bayat yeməklər, gigiyenik olmayan qida hazırlığı ya da küçə yeməkləri kimi səbəblər mədə pozğunluğu və zəhərlənmə hallarına yol aça bilər. Daha çox da yay aylarında insanlar qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edirlər. Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri nədir? Bundan necə qorunmaq olar?

Bununla bağlı Sonxeber.az-a danışan Professor və tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, qida zəhərlənməsi adətən çirklənmiş qida və ya su qəbulundan sonra bir neçə saat ərzində, bəzən isə 1-3 gün sonra özünü göstərə bilər.

Zəhərlənmə zamanı ürəkbulanma və qusma, ishal (bəzən qanlı ola bilər), qarında güclü ağrı və sancılar, qızdırma, baş ağrısı, halsızlıq və yorğunluq, iştahsızlıq, susuzlaşma əlamətləri (ağız quruluğu, az sidik ifrazı, başgicəllənmə, güclü susuzluq) kimi əlamətlər ola bilər. Bəzən zəhərlənmə zamanı bu əlamətlərin yalnız bir neçəsi və yaxud da hamısı özünü büruzə verə bilər.

Zəhərlənmə zamanı vəziyyəti daha da pisləşdirməmək üçün bu addımları atmaq mütləqdir. Zəhərlənən əlamətləri varsa ilk olaraq mədəni yuyun. Yəni xəstəyə 1-1.5 litrə yaxın ilıq su içirdin və dilin kökünə basaraq qusmağa kömək edin. Qeyd: Şəxs huşsuz vəziyyətdədirsə, qətiyyən qusdurmayın! Sorucu (absorbent) vasitələr verin. Toksinlərin bədəndə sorulmasını azaltmaq üçün hər 10 kq bədən çəkisinə 1 həb düşəcək miqdarda aktivləşdirilmiş kömür (və ya bənzər dərmanlar) əzib su ilə içirdin. Maye itkisini bərpa edin. Yeni Qusma və ishal bədəndə ciddi susuzlaşdırma yaradır. Xəstəyə qurtum-qurtum su, duzlu ayran və ya xüsusi rehidratasiya məhlulları (məsələn, apteklərdən əldə edilən Regidron) verin.

Xüsusilə zəhərlənməyə göbələk və ya xarab olmuş konservlərin səbəb olduğundan şübhələnirsinizsə, vaxt itirmədən təcili tibbi yardım xidmətinə müraciət edin".

Professor söyləyib ki, zəhərlənmə zamanı qanlı ishal və ya qanlı qusma, 38,5°C-dən yüksək və uzun sürən qızdırma,güclü susuzlaşma, dayanmayan qusma və maye saxlaya bilməmək, şiddətli qarın ağrısı və əlamətlərin 2-3 gündən çox davam etməsi və ya xəstənin vəziyyətinin pisləşməsi kimi əlamətlər varsa mütləq dərhal həkimə müraciət edilməlidir:

"Zəhərlənmə zamanı əsla ishalı dayandıran və ya qusmanı kəsən dərmanları həkim təyini olmadan qəbul etməyin. Bu, zəhərli maddələrin bədəndə qalmasına səbəb ola bilər. Xəstənin huşu özündə deyilsə və ya qıcolmaları varsa, ona heç vaxt maye və ya dərman verməyə cəhd etməyin. Yaxşı olar ki, qida zəhərlənməsindən şübhələnirsinizsə, xüsusilə uşaq, yaşlı, hamilə və ya xroniki xəstəliyi olan şəxslərdə gecikmədən həkimə müraciət etmək vacibdir".

Professor vurğulayıb ki, yay aylarında isti hava səbəbindən bəzi qidalar daha tez xarab olur və qida zəhərlənməsi riski artır:

Ən çox zəhərlənməyə səbəb olan qidalar bunlardır:

Mayonezli salatlar (paytaxt salatı, toyuqlu salatlar və s.)
Süd və süd məhsulları (süd, qatıq, pendir, qaymaq)
Ət və toyuq məhsulları, xüsusilə uzun müddət soyuducudan kənarda qaldıqda
Balıq və dəniz məhsulları
Yumurta və yumurtalı yeməklər
Kremli tortlar və şirniyyatlar
Kolbasa, sosiska və digər emal olunmuş ət məhsulları
Kəsilmiş meyvə və tərəvəzlər, isti şəraitdə saxlanıldıqda
Küçə şəraitində satılan qidalar, gigiyena qaydalarına əməl olunmadıqda

Qida zəhərlənməsinin qarşısını almaq üçün yaxşı olar ki, qidaları +4°C-dən aşağı temperaturda saxlayın.Yeməyi bişirdikdən sonra uzun müddət otaq temperaturunda qoymayın. Əllərinizi və mətbəx ləvazimatlarını təmiz saxlayın. Meyvə və tərəvəzləri yaxşı yuyun.Son istifadə tarixinə diqqət edin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 543   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr