"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı

"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandıBakıda yerləşən "Villa Inn" otelində qısqanclıq zəminində sevgilisini döyməkdə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərar qəbul edib.

Qaynarinfo-nun məlumatına görə, 1999-cu ildə İmişli rayonunun Ağamalılar kəndində anadan olmuş, ali təhsilli Y.U. barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işinə məhkəmədə baxılıb.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs otelin otağında qısqanclıq zəminində sevgilisi Məryəm Məmmədova (ad və soyad şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin çiyin nahiyəsinə yumruqla zərbə vurub. Nəticədə zərərçəkmişin sağ bazu nahiyəsində hematoma, fluktuasiya və ağrı sindromu ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət qeydə alınıb.

Məhkəmədə Y.U. özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, dəymiş zərərin ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib və bu barədə müvafiq ərizə təqdim edib.

Məhkəmənin qərarı ilə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlaması nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi tətbiq edilib. Bununla da Y.U. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub, iş üzrə icraata isə xitam verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 628   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB-də yeni təyinat

İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar

8 sentyabr
.

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr

8 sentyabr
.

"Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?

Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq. Novella Cəfəroğl

8 sentyabr
.

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind

8 sentyabr
.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

8 sentyabr
.

Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA

Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına

9 sentyabr
.

Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ

Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər. TƏBİB-dən -in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası

8 sentyabr
.

Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"

"50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən işini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir". -a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi -2026" çərçivəsində keçirilə

8 sentyabr
.

Küləkli hava 4 nəfəri xəstəxanalıq etdi

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiy

8 sentyabr