"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - Fotolar

"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - FotolarAzərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlara şəfa diləyiblər.

Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov, əvvəlcə dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yeni müstəvidə yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 23 ilə yaxın müddət ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edib. Vurğulanıb ki, qazanılan uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verir.

Hərbi prokuror bildirib ki, ötən il kimi, 2026-cı ilin birinci yarımili də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun uğurları ilə yadda qalıb. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, qanunun aliliyinin təmin olunmasına, o cümlədən Silahlı Qüvvələrdə hüquqazidd əməllərin qarşısının alınmasına yönəlib. Qeyd olunub ki, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam, obyektiv araşdırılması və tələb edilən səviyyədə prosessual rəhbərlik nəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi açılıb.

Bundan başqa diqqətə çatdırılıb ki, qanunçuluğun daha da möhkəmləndirilməsində Hərbi Prokurorluqla digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 0,9, qeyri-hərbi cinayətlər isə 4,9 faiz azalıb. O cümlədən 2025-ci ilin birinci yarımili ilə müqayisədə 2026-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 21,2, qulluğa səhlənkar yanaşma cinayətləri 9,1, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 75, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 16,7, xuliqanlıq cinayətləri 71,4, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.

Bildirilib ki, dövlətin, eləcə də fiziki və hüquqi şəxslərin mənimsənilmiş və ya israf edilmiş əmlakları ilə bağlı ziyanın ödətdirilməsi istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə edilib.

Müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması da qeyd olunaraq, Hərbi Prokurorluğun "962 Etimad xətti" əlaqə mərkəzinə 400-dən artıq müraciətin daxil olduğu bildirilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışçılar hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

İclasda qazanılmış uğurlarla yanaşı, bəzi nöqsanlara da yol verildiyi bildirilərək, onların təhlil olunmaqla aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.

Dövlətimizin başçısının prokurorluğa olan yüksək qayğısını minnətdarlıqla vurğulayan Hərbi prokuror, Baş prokuror Kamran Əliyevin hərtərəfli dəstəyi ilə hərbi prokurorluq əməkdaşlarına göstərilən diqqətdən, onlara yaradılmış yüksək iş və məişət şəraitindən də bəhs edib.

Kollegiya iclasına yekun vuran Hərbi prokuror bildirib ki, Hərbi Prokurorluğun kollektivi milli maraqların, dövlətçilik prinsiplərinin və qanunçuluğun qorunması, Silahlı Qüvvələrdə hərbi intizamın daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıraraq, üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - Fotolar"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - Fotolar"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - Fotolar"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - Fotolar"Talanmış əmlakın dövlət büdcəsinə qaytarılması istiqamətində müsbət nəticələr əldə olunub" - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2386   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr