Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş etdiriləcək

Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş etdiriləcəkAvstriyanın "LET’S CEE" Beynəlxalq Film Festivalında Azərbaycan filmləri nümayiş olunacaq. Bu festivalda Azərbaycan kinomatoqrafçılarının istehsalı olan dörd film yer alır.
Yazıçı Qurban Səidin eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" bədii filmi festivalın "Məktəb kinosu" kateqoriyasında nümayiş olunacaq. Avstriyada 25 kinoteatra malik "Cineplexx" şəbəkəsi ilə əldə edilən razılığa əsasən, orta məktəblərin yuxarı sinifləri üçün müraciət əsasında seanslar festival bitdikdən sonra da təşkil olunacaq.
Tamaşaçı marağını nəzərə alaraq, festival rəhbərliyi filmin daha geniş kütlə tərəfindən izlənməsini təmin etmək üçün Vyananın mərkəzində yerləşən "Urania" kinoteatrında filmin əlavə seansını da təşkil edəcək. Həmçinin qeyd edilməlidir ki, filmin Avstriyada premyerası mühüm bir yubileylə də üst-üstə düşür. Məhz 80 il bundan əvvəl Qurban Səidin qələmə aldığı "Əli və Nino" romanı Vyana şəhərində fəaliyyət göstərən "Tal" nəşriyyatında işıq üzü görüb.
Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadianın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Mirbala Səlimlinin ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Qırmızı bağ" filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb. Film "Ən iddialı debüt" müsabiqəsində iştirak edəcək.
Festival çərçivəsində, həmçinin "Ən yaxşı klassiklər" kateqoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filmi nümayiş olunacaq.
Rejissor Teymur Hacıyevin rus yazıçısı Anton Çexovun "Dəcəl oğlan" əsəri əsasında çəkilmiş "Şanxay-Bakı" qısametrajlı filmi isə festivalda "Ən yaxşı qısametrajlı film" nominasiyasında mübarizə aparacaq.
Martın 21-dən 27-dək keçirilən və əsasən Mərkəzi və Şərqi Avropa ölkələrinin ən yeni bədii, sənədli və qısametrajlı filmlərinin təqdimatı üzrə ixtisaslaşan festivalda 100-dən artıq film nümayiş olunacaq. Bu festival, həmçinin film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Təsis edildiyi 2012-ci ildən bəri festival Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir və hər il öz proqramında Azərbaycan filmlərinə xüsusi yer ayırır.

(xeber365.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1283   Tarix: 20 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021