Rusiyaya alverə gedən azərbaycanlılara diqqətinə: İzlənəcəklər
Rusiya miqrantlara qarşı qadağaları və nəzarət mexanizmlərini daha da sərtləşdirir. Ölkənin daxili işlər nazirinin müavini İqor Zubov deyib ki, Rusiyaya gələn miqrantların izləmə tətbiqi olan mobil telefon alması tələb olunacaq.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Zubov bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin iclasında bildirib. O deyib ki, bu, ilk növbədə uzunmüddətli qalma və ya iş üçün gələn əcnəbilərə aiddir. "Hər bir miqrant qeydiyyatdan keçərkən telefon almalıdır... Bu telefonda onların elektron profili olacaq. Və biz hər bir miqrantın yerini biləcəyik", - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, bu tədbirlər miqrantların "nəzarətsiz bir yerdən digərinə köçməsinin və ya yaşayış yerini dəyişdirməsinin" qarşısını alacaq.
2025-ci ilin sentyabr ayından etibarən Moskvada və ətraf bölgədə yaşayan miqrantlardan yer məlumatlarını polisə ötürən "Amina" tətbiqini quraşdırmaq tələb olunur. Üç iş günü ərzində qeydiyyatdakı yaşayış yerində olmazsa, əcnəbi avtomatik olaraq Daxili İşlər Nazirliyinin reyestrindən çıxarılır. Bundan sonra miqrantın bank xidmətlərinə çıxışı və mənzil kirayəsi bloklanır və o, həmçinin Rusiyadan çıxarıla bilər.
Ümumiyyətlə, şəhərləri vurulan, iqtisadiyyatı zəifləyən, sanksiyalar altında olan Rusiya miqrantlar üçün indi cəlbedicidirmi?
Hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Rusiya ərazi baxımından nəhəng ölkə olduğu üçün bütün sərt tədbirlərə baxmayaraq, miqrantlar üçün cəlbedici ölkə olaraq qalır: "Rusiya xüsusilə, qonşu ölkələrə münasibətdə məhdudiyyətləri tədricən artırır. Ancaq Rusiyada işçi qüvvəsinə ehtiyac var. Buna görə də Hindistan və digər ölkələrdən miqrantlar qəbul etməyə başlayıb. İzləmə tətbiqi olan mobil telefonların alınması ilə bağlı tələb isə şəxsi həyata müdaxilədir. Demək olar ki, bütün ölkələr müxtəlif proqramlar vasitəsilə izləmə həyata keçirirlər. Nəinki ölkələr, hətta bəzən kəşfiyyat qurumları barədə ifşaedici yazılar dərc olunur".
Onun sözlərinə görə, Rusiya isə bunu açıq formada edir: "Miqrantların yalnız öncədən qeydə alınmış izləmə funksiyası olan telefonlar işlətməsi tələbi ilə Rusiya özünə rahat şərait yaratmaq istəyir. Bu, Rusiyanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar, o cümlədən Rusiya Konstitusiyasının özünə də ziddir. Telefon danışıqları və s. məsələlər məhkəmə tərəfindən sanksiyalaşdırılmalıdır. Daha əvvəl məhkəmə qərarı olmadan heç kəsin şəxsi danışıqları dinlənə bilməzdi. Görünən odur ki, artıq bu hüquqlar gözardı edilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 714 Tarix: 18 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30 oktyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrŞəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabr