Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMABakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşla bağlı daha bir rəsmi açıqlama verilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:

"Hazırda uşaqların mövcud vəziyyəti qiymətləndirilir. Müayinə və qiymətləndirmə prosedurları başa çatdıqdan sonra uşaqların mənafeyi əsas götürülərək, onların daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək".

18:10

Bakıda tapılan azyaşlı bacı-qardaşla bağlı rəsmi açıqlama verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılır.

Onun sözlərinə görə, faktla bağlı məlumat daxil olan kimi uşaqların yerləşdirildiyi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlanılıb:

"Uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların fiziki və psixoloji vəziyyətinin qiymətləndirilməsi, zəruri tibbi, psixoloji və sosial xidmətlərlə əhatə olunması istiqamətində tədbirlər həyata keçirilir. Məhkəmə-tibbi ekspertizanın rəyi, hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri və digər sübutlar əsasında məsələyə hüquqi qiymət veriləcək. Əgər uşaqlara qarşı zorakılıq faktı təsdiqini taparsa, təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".

Qeyd olunub ki, valideyn himayəsi ilə bağlı məsələlər uşaqların ən üstün mənafeyi prinsipi əsas götürülməklə həll edilir:

"Qanunvericiliyə uyğun olaraq qəyyumluq və himayə orqanları uşaqların ailəyə qaytarılmasının mümkünlüyünü, yaxın qohum yanında yerləşdirilməsini və ya alternativ qayğı formalarını qiymətləndirirlər. Zərurət yarandığı halda, valideyn hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrumetmə məsələsi məhkəmə qaydasında həll olunacaq".

Komitə rəsmisi vurğulayıb ki, aidiyyəti qurumlarla birlikdə uşaqların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və onların normal həyata reinteqrasiyası istiqamətində zəruri dəstək tədbirləri davam etdirilir:

"Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı hər hansı zorakılıq halı ilə rastlaşdıqda bunu gizlətməməyə, dərhal hüquq-mühafizə orqanlarına və müvafiq dövlət qurumlarına məlumat verməyə çağırırıq. Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı hazırda ərazi polis orqanında araşdırma aparılır.

"Azyaşlılar polis əməkdaşları tərəfindən sığınacağa yerləşdiriliblər. Uşaqların anası polis şöbəsinə çağrılaraq izahatı alınıb. Azyaşlıların bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib" , - deyə açıqlamada bildirilib.

17:57

Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşın gələcək taleləri ilə bağlı rəsmi açıqlama verilib.

Xətai Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı məlumatlıdırlar və məsələ hazırda Sosial Xidmətlər Agentliyinin nəzarətindədir:

"Biz məlumat vermişik, uşaqların yerləşdirilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən təmin edilib. Ana övladlarından imtina edib. Bu halda dövlət uşaqların himayəsini üzərinə götürəcək. Onların hansı müəssisədə yerləşdirilməsi ilə bağlı qərarı da Sosial Xidmətlər Agentliyi verir".

17:20

Bakıda itkin düşən 2015-ci il təvəllüdlü İ.A. və 2018-ci il təvəllüdlü S.A. bacı-qardaşı tapılıb.

Oxu.Az xəbər verir ki, azyaşlıların yeri Xətai rayonu, Zığ şosesi ərazisində müəyyən edilib.

Hadisə ilə bağlı sonradan dəhşətli detallar üzə çıxıb.

Məlum olub ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub. Onların sözlərinə görə, anaları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb, ataları isə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verib.

Bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bacı-qardaş yaşadıqları evdən qaçmağı əvvəlcədən planlaşdırıb. Axşam saatlarında evdən çıxan uşaqlar uzun müddət çimə bilmədiklərini deyərək dəniz sahilinə yollanıblar. Onlar gecəni də sahildə keçiriblər.

Səhər saatlarında isə taksi sürücülərindən birinə yaxınlaşaraq onları bibisinin gözlədiyini bildiriblər. Lakin azyaşlıların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. Sürücü onları birbaşa polis şöbəsinə aparıb və bundan sonra hadisənin təfərrüatı üzə çıxıb.

Mehriban Zeynalovanın sözlərinə görə, uşaqların bədənlərində çoxsaylı yara, saçlarında isə yanıq izləri aşkar edilib. Daha sonra onlar sığınacağa yerləşdiriliblər və hər iki uşaq məhkəmə-tibbi ekspertizadan keçirilib.

Paylaşımda qeyd olunub ki, uşaqlar hazırda özlərini təhlükəsiz hiss edirlər. Onlarla söhbət zamanı azyaşlılardan biri uşaqlıqdan ən böyük arzusunun həm özünün, həm də bacısının arzularının gerçəkləşməsi olduğunu deyib.

Mehriban Zeynalova, həmçinin bildirib ki, ana rəsmi qaydada hər iki övladından imtina edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 796   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr